Bu gün:

Niyə ad günü tortuna şam qoyulur?




Ad günü dedikdə ağla ilk gələn təbii ki, ad günü tortudur. Sadəcə ad günü tortu deyə bir şey də yoxdur, o şamlar mütləq üfürüləcək və arzular tutulacaq! Bəs ad günü tortuna şam qoymaq ənənəsi tam olaraq nə vaxt başladı və bu günə qədər necə gəldi?


Doğum günü tortunu bəzəmək və xoş arzularla şamları üfürmək tarixi, əslində, Qədim Yunanıstana gedib çıxır.

Ov ilahəsi Artemidi şam qoyulmuş tortlarla şərəfləndirən qədim yunanlar şamlar qoyulmuş tortlarla Artemida məbədini ziyarət edirdilər.

Artemidaya heyranlıqlarını bildirmək üçün edilən bu adətdə şam işığı ulduzları və ayı simvollaşdırırdı və şam üflənərkən arzular tutulurdu. Bu adət sonralar Yunanlar vasitəsilə Roma və Qərb sivilizasiyasına keçmişdir.

Qədim Romalılar şamlı tortlardan təkcə ad günləri üçün deyil, həm də toylar və müxtəlif şənliklər üçün istifadə etməyə başladılar.

Əsrlər əvvələ dayanan bu ənənə dünyanın hər bölgəsində xoşbəxt anlarımızda bizimlə olmaq üçün istifadə olunmağa davam edir.

Mənbə: onedio.com
Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et