
"Pyrrho" sözü qədim yunan dilində "qırmızı" deməkdir, "korax" isə həm qədim yunan, həm də latınca "qarğa" deməkdir. Buna görə də "Pyrrhocorax pyrrhocorax" adı birbaşa "qırmızı qarğa" deməkdir.
Qırmızı dağ qarğası dağlıq və sahil qayalıqlarında yaşayan quş növüdür.
Lələkləri və inkişaf etmiş sinir sistemləri sayəsində bu quşlar uçuşda bacarıqlıdırlar.
İnkişaf etmiş sinir sistemləri: Bu, mürəkkəb davranışlar nümayiş etdirmək, ətraf mühitin stimullarına tez və effektiv reaksiya vermək, öyrənmə və yaddaş kimi yüksək səviyyəli idrak funksiyalarını yerinə yetirmək qabiliyyətinə aiddir.
Qırmızı dağ qarğasının Kral Artur əfsanəsi ilə dərin mədəni əlaqəsi var.
Rəvayətə görə, Kral Artur öləndə qırmızı dağ qarğasına çevrilib və quşun qan-qırmızı dimdiyi və ayaqları bu əfsanəvi hadisəni xatırladan əsas amil hesab olunur.
Bu quşun öldürülməsinin bədbəxtlik gətirəcəyinə də inanılır.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
