
İnsan sağlamlığına müsbət təsirləri ilə tanınan yaşıl çayın son illərdə populyarlığı artmaqdadır. Eyni zamanda dadlı və təravətləndirici bir içki olan yaşıl çayın canlılığı qorumağa kömək etdiyini paylaşan Prof. Dr. Nevrez Köylan, “Araşdırmalar göstərir ki, yaşıl çay ürək, beyin, diş və dəri sağlamlığı kimi bir çox sahədə bədəni dəstəkləyən gücünü ortaya qoyur. Dadını sevməyən, lakin faydalarından faydalanmaq istəyənlər yulaf əzməsi, qatıq əlavə edərək qəbul etmə prosesini asanlaşdıra bilərlər" deyə bildirib. Yaşıl çayın sağlamlığa faydalarına toxunan Daxili Xəstəliklər və Kardiologiya Mütəxəssisi Prof. Dr. Nevrez Köylan, “Yaşıl çayı adi və ya limon, bal, nanə kimi ləzzətlər əlavə edərək içə bilərsiniz".
“Soyuq dəmləmə üsulu ilə hazırlamaq istəyənlər soyuq suya yaşıl çay yarpaqlarını qatıb ən azı 8 saat, hətta mümkünsə bir gecədə soyuducuda saxlamalıdırlar. Yaşıl çayın yüksək kofein tərkibinə malik olduğunu vurğulayaraq, hamilə və kofeinə həssaslığı olanlar, yuxu problemi olanlar tərəfindən məhdud miqdarda qəbul edilməlidir".
Yaşıl çayın faydaları aşağıdakılardır:
İnfarkt riskini azaldır, ağız qoxusunun qarşısını alır, immuniteti gücləndirir və s.
Yaşıl çay xolesterinin səviyyəsini aşağı salmağa və qan təzyiqini tənzimləməyə kömək edir, beləliklə də ürək xəstəliyi riskini azaldır.
Yaşıl çay ağız qoxusunun qarşısını alır və diş çürüməsinin qarşısını alır, dərinin baryerini gücləndirir, dərinin qocalmasını gecikdirir və dəri hüceyrələrini zədələrdən qoruyur. Pəhrizlər üçün mütləqdir.
Mənbə: CNN.turk
Tərcümə etdi: Fatimə Əsədzadə
