Bu gün:

Meymun çiçəyi nədir?


Bu xəstəlik insanlarda və digər heyvanlarda baş verə bilən yoluxucu viral xəstəlikdir. Simptomlara qabarcıqlar və qabıqlar, qızdırma və şişkin limfa düyünləri daxildir. Xəstəlik adətən yüngül keçir və yoluxmuşlar müalicə olmadan bir neçə həftə ərzində sağalır.

Bəs Meymun Çiçəyi virusu necə ötürülür?

Meymun Çiçəyi, Poxviridae adlı viruslar ailəsinə və Orthopoxvirus cinsinə aid olan virusun yaratdığı xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyə görə fövqəladə vəziyyət elan edib. Xəstəliyin meymun çiçəyi adlandırılmasına baxmayaraq, virus əslində gəmiricilərdən əmələ gəlir. 1958-ci ildə araşdırma üçün saxlanılan meymun koloniyalarında çiçək xəstəliyinə bənzər əlamətlərlə iki fərqli epidemiya nəticəsində aşkar edilən virus bu səbəbdən meymun çiçəyi adlandırılıb. 

Meymun Çiçəyi virusu hansı ölkələrdə aşkar edilib?

Bu xəstəlik Burundi, Keniya, Ruanda, Uqanda və Konqo Demokratik Türkiyə Respublikası kimi ölkələrdə görüldü.

Meymun Çiçəyi virusunun əlamətləri hansılardır?

Meymun çiçəyi xəstəliyi insanlara virusa yoluxmuş heyvandan və ya meymun çiçəyi infeksiyası olan başqa bir şəxsdən keçə bilər. İlk simptomlar 5 ilə 21 gün arasında görünə bilər. Ən çox görülən simptomlar 6-13 gün arasında baş verir. Simptomlar keçmişdə böyük epidemiyalara səbəb olan çiçək xəstəliyinə bənzəsə də, bir qədər fərqli şəkildə irəliləyir. Ən əsas simptomlara aşağıdakılar daxildir:

Yüksək hərarət, baş, arxa və əzələ ağrıları, limfa düyünlərində şişkinlik, yorğunluq vəziyyəti, üşümə və titrəmə, dəridə su çiçəyinə bənzər kiçik su ilə dolu qabarcıqlar kimi görünən səpgilər və s.

Bəs bu virusun müalicəsi varmı?

Son zamanlar qeydə alınan halların sayının artdığını və gözlənilməz ölkələrdə və insanlarda xəstəliyin görünməyə başladığını nəzərə alsaq, virusa qarşı gigiyena qaydalarına əməl edilməlidir. Bütün xəstəliklərdən qorunmağa kömək edən gigiyena qaydalarına diqqət yetirmək qorunmanın ən mühüm mərhələsidir. Bunun üçün əllər mütəmadi olaraq sabun və su ilə yuyulmalı, çirkli səthlərə toxunduqdan sonra əllər təmiz olana qədər üzə və ya tənəffüs orqanlarına toxunulmamalıdır. Heyvan əti mühüm çirklənmə vasitəsi olduğundan, yalnız yaxşı bişmiş ət istehlak edilməlidir. Bundan başqa təbiətdə vaxt keçirən insanlar da diqqətli olmalıdırlar. Sahibsiz və vəhşi heyvanlara, o cümlədən ölü heyvanlara yaxınlaşmaq olmaz. Sağlam görünməyən heyvanlarla heç vaxt əlaqə saxlanılmamalıdır. Gəmiricilər xəstəliyin mühüm ötürülməsi vasitəsi olduğundan, siçan kimi heyvanların girib-çıxdığı yerlər varsa, bu yerlər hərtərəfli təmizlənməli və dezinfeksiya edilməlidir. Belə yerlərdə saxlanılan ərzaq məhsulları varsa, onlar da məhv edilməlidir. Dərisində suçiçəyinə bənzər qabarcıqları olan və qızdırma, üşütmə, titrəmə kimi infeksiya əlamətləri olan şəxslər mütləq səhiyyə müəssisəsinə müraciət etməli və müayinədən keçməlidirlər. Bu şəxslərin istifadə etdiyi paltar, dəsmal və çarpayı kimi məhsullara toxunulmamalı, ortaq istifadə varsa dərhal dayandırılmalıdır.

Mənbə: CNN.turk

Tərcümə etdi: Fatimə Əsədzadə

Paylaş
Şərh əlavə et