Bu gün:

Talidomid Fəlakəti: Anadangəlmə əlilliklərin hekayəsi



Talidomid dərmanı nədir?

Talidomid azot və karbon onurğası üzərində qurulmuş bir molekuldur. O, 1950-ci illərdə Qərbi Alman əczaçılıq şirkəti Chemie Grünenthal GmbH tərəfindən hazırlanmışdır. Əvvəlcə sakitləşdirici vasitə kimi düşünülürdü, lakin tezliklə hamilə qadınlarda soyuqdəymə, qrip və ürəkbulanma da daxil olmaqla bir çox digər xəstəliklərin müalicəsində istifadə edilmişdir.

Talidomid dünyanın 46 ölkəsində fərqli şəkildə mövcuddur. Müxtəlif adlar altında satışa çıxarılıb və yayılıb. Məsələn, Böyük Britaniya və Avstraliyada Distaval kimi tanınırdı, lakin Avropada Softenon və Almaniyada Konterqan adlanırdı. Talidomid dünyada ən çox satılan dərmanlardan biridir.

Amma bu prosesdə problem var idi. 1959-cu ildə talidomiddən istifadə edən qadınların bəzilərinin problemli uşaq dünyaya gətirdiyi müşahidə edildi. Bu zaman məlum deyildi ki, hamiləliyin müəyyən günlərində Talidomid qəbulu müəyyən problemlər yaradır.

Məsələn, hamiləliyin 20-ci günündə dərman qəbul edən qadınların körpələrində beyin zədələnməsi baş verib. 21-ci gündə alınsa göz zədəsi, 22-ci gündə isə qulaq və üz zədəsi meydana gəldi. Əgər 24-cü gündə istifadə edilibsə, körpənin qollarının formalaşmadığı ortaya çıxıb. 25-28-ci günlər arasında alınsa, ayaqlar inkişaf etməmişdir. Bundan əlavə, bu körpələr də periferik neyropatiya adlanan ətraf mühitin sinir sistemi zədələnirdi.

Bəzən onlar çatışmayan və ya artıq barmaqlarla doğulub, bəziləri iflic olub, həyati orqanları zədələnib. Bu körpələrin əksəriyyəti doğulduqdan bir neçə gün sonra ölüb.

Həkimlər bu neqativ halı tez bir zamanda fərq etdilər və dərmanla bağlı şikayətlər bildirməyə başladılar. Əvvəlcə şirkət bu şikayətlərə qulaq asmadı və dərmanı geri götürməyi düşünmədi. Ancaq nəticədə artan sayda doğuş qüsurlarının yaratdığı təzyiq o qədər böyük oldu ki, dərman 1961-ci ildə satışdan çıxarıldı. Buna baxmayaraq, bəzi ölkələr bir neçə ildir ki, talidomidə çıxışı təmin etməyə davam ediblər. Həmin illərdə bu dərman Şərqi Almaniya, Türkiyə və ABŞ-a daxil olmayıb.

Bu dərman bu gün dünyada istifadə olunurmu?

Bütün bu faciədən sonra talidomidin yer üzündən silinəcəyini və bir daha istifadə olunmayacağını düşünə bilərsiniz. Ancaq bu, böyük səhv olardı, çünki talidomid bu gün də aktiv şəkildə istifadə olunur.

Mənbə: bilimup 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et