
Türkiyənin İstanbul şəhərində yerləşən Ayasofya ("Müqəddəs Hikmət") Bizans memarlığının şah əsəridir. İlk dəfə eramızın 360-cı ilində ibadət üçün açılan hazırkı bina eramızın 532-537-ci illəri arasında İmperator I Yustinian tərəfindən tikilmiş və Miletli İsidor və Trallesli Anthemius tərəfindən dizayn edilib. 1453-cü ildə bina Ayasofya məscidinə çevrilib, daha sonra 1934-cü ildə Türkiyə hökuməti tərəfindən muzey kimi dünyəviləşdirilib. Ayasofya nəhəng mərkəzi günbəzi və zəngin bəzədilmiş interyeri ilə məşhurdur. Ekin günbəzin şəklini son təmir işləri zamanı qurulmuş dirəklər əsasında çəkib. O, yerdən 180 fut yüksəklikdəki bu unikal mənzərə nöqtəsindən günbəzin mərkəzini, tavanını, pəncərələrini, mozaika və xəttatlıq bəzəklərini, həmçinin narteksə və aşağıdakı daxili məkanlara açılan görünüşləri əks etdirən şəkillər çəkdi. Ekin, həmçinin damdan İstanbul şəhərinin panoramik mənzərəsini də çəkib.
A.Cəmal Ekin RI-nin Providence şəhərindəki Providence Kollecində Biznes Məktəbində təcrübəli fotoqraf və Marketinq üzrə Fəxri Professordur. O, Miçiqan Dövlət Universitetində MBA və PhD dərəcəsinə malikdir.
Mənbə: jstor.org
Tərcümə etdi: Həvva Cəbrayılova
