Antalyanın Serik rayonunda 3 saatlıq işdən sonra söndürülən yanğında 0,5 hektar meşə sahəsi, 5 hektar zeytun-meyvə bağı və bağdakı talvar yanıb. Dünən saat 23:00 radələrində Sarıabalı Məhəlləsi Terziler mövqeyində bilinməyən bir səbəblə yanğın başlayıb. Məhəllə sakinlərinin xəbəri üzərinə xilasetmə, meşə idarə müdirliyi personalı və jandarma qrupları sövq edildi. Alovlara 9 çiləyici, 4 su tankeri, 1 dozer, 1 çömçə, 4 ilk müdaxilə maşını, Meşə İdarəsi Müdirliyindən 70 yanğınsöndürmə personalı, Antalya Böyükşəhər Bələdiyyəsinə aid 2 yanğınsöndürmə maşını və 2 su tankeri müdaxilə edib.
Vətəndaşlar yanğının evlərə keçməsinin qarşısını almaq üçün çiləyici mühərrik və şlanqla alovu söndürməyə kömək ediblər. Qrupların müdaxiləsi ilə alov ətrafdakı evlərə və istixanalara sıçraymadan 3 saat ərzində söndürülüb. Yanğın zamanı 0,5 hektar meşə sahəsi, 5 hektar zeytun-meyvə bağı və bağdakı talvar yanıb. Alovdan narahat olan məhəllə sakinlərindən Ramazan Büyükdeligöz, "Gecə uşaqlar "yanğın var" deyə səsləndi. Çölə çıxdım, ağaclar birdən alovlandı. Nə baş verdiyini bilmədim. Su çiləyiciləri gəlib yanğına müdaxilə ediblər”,– dedi.
Meşə Əməliyyat Müdirliyi qruplarının bölgədə söndürmə işləri davam edir.
Mənbə: milliyet.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
