Düzcenin Konuralp rayonunda yerləşən Prusias Ad Hypium Antik Şəhərində aparılan arxeoloji qazıntılar zamanı M. Julius Proklosa aid olduğu düşünülən 1800 illik portret büstü tapılıb.
Portret büstünün İmperator Hadrianın dövründə xidmət etmiş və teatrın səhnə binasını tikdirmiş keşiş M. İulius Prokloya aid ola biləcəyi güman edilir.
Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, cümə axşamı twitter hesabında verdiyi açıqlamada, "unikal bir büstün ortaya çıxdığını" bildirdi və qazıntılarda iştirak edən qrupa təşəkkür etdi.
Düzce Bələdiyyəsi tərəfindən edilən şərhdə bildirilib ki, onun tarixi e.ə. 3-cü əsrə aid olan bölgədə Konuralp Muzey Müdirliyinin sədrliyi, bələdiyyənin dəstəyi və Mədəni İrs və Muzeylər Baş Müdirliyinin icazəsi ilə 2019-cu ildən davam etdirilir.
Teatrın qərb girişində yerləşən portret büstünün hündürlüyü təqribən 56 santimetr, eni isə 50 santimetrdir. Büstün İmperator Hadrianın dövründə xidmət etmiş və teatrın səhnə binasını tikdirmiş keşiş M. İulius Prokloya aid ola biləcəyi təxmin edilir.
Büstün buruq və dalğalı saçları Antoninlər dövrünün xarakterik xüsusiyyətini əks etdirir.
Mənbə: euronews
Tərcümə etdi: Aytac Musayeva
