İtaliyada vulkanik göldə tanrıçanın təsvir olunduğu güman edilən təxminən 3000 illik gil heykəlcik aşkar edilib.
Arxeoloqlar düşünürlər ki, bu obyekt, ehtimal ki, duaların istiqamətləndirilə biləcəyi nəzir heykəlciyi kimi hazırlanmışdır. Qabın forması hər nə qədər simmetrik düzəldilmiş olmasa da, heykəlcikdə hələ də öz ustasının əl izləri və parça naxışının izləri var ki, bu da onun əvvəlcə hansısa geyim forması ilə örtüldüyünü göstərir.
Etruriya bölgəsindəki hökumət arxeoloqları və polis dalğıcları keçən ay Romadan təxminən 80 kilometr şimal-qərbdə, Bolsena gölündə kəşf etdilər.
Gölün şərq tərəfi eramızdan əvvəl 10 və ya 9-cu əsrlərdə tikilmiş və sonradan su altında qaldığı güman edilən Dəmir dövrü kəndinin xarabalıqları olan Qran Karro arxeoloji sahəsinin yeridir.
Təxminən 15 santimetr uzunluğunda olan gil heykəlcik batmış ərazidə yaşayış evinin xarabalıqları arasında tapılıb və arxeoloqlar bunun məişət ritualı ilə əlaqəli olduğunu düşünürlər. Bölgədə sonrakı dövrlərdə oxşar ayinlərin keçirilməsi bu cür tətbiqlərin çox qədim olduğunu göstərir və buna bənzər heykəlciklərə Dəmir dövrünə aid qəbirlərdə də rast gəlinmişdir.
Arxeoloqlar "Bu, qeyri-adi bir kəşfdir, bu cür yeganə kəşfdir" dedi. "Bu, erkən Dəmir dövrünün cənubi Etruriyadakı gündəlik həyatın çox az məlum olan aspektlərini göstərir." deyir.
Arxeoloqların fikrincə, yeni tapılmış heykəlciyi ehtiva edən batmış yaşayış məskəni, ehtimal ki, Romanın qurulmasından əvvəl Etrusk sivilizasiyasının erkən mərhələsi olan Villanova mədəniyyətinin insanları tərəfindən tikilmişdir. 1960-cı illərdən bəri tapılan minlərlə artefakt arasında ağac parçaları, məişət əşyaları, zərgərlik məmulatları və saxsı məmulatlar var və yaşayış məntəqəsinin planının tədqiqi dəmir dövrü cəmiyyətinin necə təşkil olunduğunu göstərir.
Mənbə: Britannica.com
Tərcümə etdi: Aytac Musayeva
