
NASA-nın keçmiş analitiki Alexandra Doten Tik Tok-da Süd yolu fotolarının reallığı əks etdirmədiyini açıqlayıb. Doten: "Süd Yolunun təsviri kimi gördüyünüz hər şey bir illüstrasiyadır" deyərək, insanların bu qalaktikanı bu şəkildə görməsinin mümkün olmadığını bildirib.
Dotenin izahatlarına görə, Süd Yolunu bu şəkildə görə bilməməyimizin səbəbi çox sadədir: Biz qalaktikamızın spiral qollarından birinin kənarından başqa heç bir nöqtədən ona baxa bilməmişik. Bizim Yerin forması haqqında uzun müddətdir ki, məlumatımız var, lakin dünyanın tam şəkilini çəkmək üçün planetdən kənara çıxmaq lazımdır. Eynilə, Süd Yolunun tam görünüşünü əldə etmək üçün də qalaktikadan kənara çıxmalıyıq ki, bu, hazırda mümkün deyil.
İlk tam Yer fotoşəkili 1972-ci ildə Apollon 17 missiyası zamanı çəkilmişdir. Ancaq Süd Yolunun fotoşəkilini çəkmək Günəş sistemindən heç vaxt ayrılmamış bir növ üçün daha çətin bir işdir.
Süd Yolunu görüb, şəkilini çəkə bilməsək də, gecə səmada gördüyümüz obyektlərin əksəriyyəti qalaktikamızda olan ulduzlardır və bu ulduzların xəritəsini çəkərək qalaktikanın ümumi görünüşü haqqında məlumat əldə edə bilirik. Doten bu vəziyyəti dönən çarxa minərkən onun təsvirini yaratmağa çalışmaqla müqayisə edir.
Mənbə: cumhuriyet.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
