Bu gün:

İki, məşhur Koreya ədəbi əsəri


Kitab: Kim Ji Young, born 1982

Müəllif: Jeong Yi Hyun

Nəşr edən: Hyundae Munhak

Nəşr ili: 2005

1982-ci ildə anadan olan Kim Ji-yonq adi, evli qadındır, qız övladı böyüdür. Bir gün o, qəfildən psixi pozğunluq əlamətləri göstərməyə başlayır və psixiatrla məsləhətləşməyə qərar verir. Bununla belə, bu məsləhətləşmələr qadınlara qarşı sosial ayrı-seçkiliyin müxtəlif formalarını üzə çıxarır. Çünki bu kitab Koreyada feminist hərəkatının qızışdığı vaxtlarda nəşr olundu və ölkədə böyük sensasiya yaratdı. Kitabda adi qadının gündəlik həyatında qarşılaşa biləcəyi müxtəlif situasiyalar təsvir edilərək, ictimaiyyətin diqqəti feminizm məsələsinə yönəlib. Kitab on fərqli dildə üç yüzdən çox nüsxə ilə satılıb.

Kitab: Almond

Müəllif: Sohn Won-pyung

Nəşr edən: Changbi

Nəşr ili: 2017

Badam Yaponiyada doxsan mindən çox nüsxə sataraq 2020-ci ildə Yapon kitab mağazası əməkdaşları tərəfindən “Ən yaxşı tərcümə edilmiş roman” seçilib. Hekayə Aleksitimiya xəstəliyindən əziyyət çəkən on beş yaşlı Yunjaenin təkamülünü təsvir edir. Hekayə açıldıqca Yunjae başqaları ilə ünsiyyət qurmağı öyrənir. O, anasının və nənəsinin ən yüksək qayğısı sayəsində xoşbəxt və məmnun böyüyür-ailəsinin başına xoşagəlməz bir hadisə gələnə qədər. Sonra qaranlıq və qorxu içində olan Yunjaenin qarşısına Qon adlı bir oğlan çıxır. Hər ikisi itki ilə üzləşən iki oğlan gözlənilməz həmrəylik bağı formalaşdıraraq böyüyürlər. Hekayə daha yaxşı bir dünyaya doğru addımlamaq üçün lazım olan cəsarət və iradəyə diqqət yetirir.

Mənbə: literary.ltikorea.or.kr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et