İlkin simptomlara hərarət, baş ağrısı, şişlik, bel və əzələ ağrıları daxildir. Qızdırma azaldıqdan sonra adətən üzdən başlayaraq bədənin digər hissələrinə, daha çox ovuclara və ayaq altlarına yayılan səpgilər əmələ gələ bilər. Həddindən artıq qaşınma və ya ağrılı ola bilən səpgilər dəyişir, müxtəlif mərhələlərdən keçir və nəticədə qabıq əmələ gətirərək tökülür. Bəzən səpgilər dəridə izlər buraxa bilər. İnfeksiya adətən öz-özünə yox olur və təxminən 14-21 gün çəkir.
Necə ötürülür?
Mpox yoluxmuş şəxslə yaxın təmasda olduqdan sonra insandan insana keçir. Buraya cinsi əlaqə, dəri təması, yoluxmuş şəxsin yanında danışmaq və ya nəfəs almaq daxildir.
Virus açıq yaralar, tənəffüs yolları və ya göz, burun və ya ağız vasitəsilə də ötürülə bilər.
Xəstəlik, həmçinin virusla çirklənmiş yataq dəstləri, paltar və dəsmal kimi əşyalara toxunmaqla da yayıla bilər. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmasda olmaq başqa bir təhlükədir.
Mənbə: bbc.com
Tərcümə etdi: Aydan İbrahimli
