Qumar daha dəyərli bir şey əldə etmək ümidi ilə dəyər verdiyiniz bir şeyi riskə atmağa hazır olmaq deməkdir.
Narkotik və ya spirt kimi qumar, beynin mükafat sistemini stimullaşdıraraq, asılılığa səbəb ola bilər. Qumar Asılılığı ilə bağlı probleminiz varsa, siz daim itkilərə səbəb olan, əmanətlərinizi boşaldan və borc yaradan mərcləri qovalaya bilərsiniz. Davranışınızı gizlədə və hətta asılılığınızı dəstəkləmək üçün oğurluq və ya saxtakarlığa müraciət edə bilərsiniz.
Qumar asılılığı bir insanın həyatını məhv edə biləcək ciddi bir vəziyyətdir. Qumar asılılığının müalicəsi çətin olsa da, qumarla mübarizə aparan bir çox insan peşəkar müalicə vasitəsilə kömək tapıb.
Qumar asılılığının 3 mərhələsi
Robert L. Custer Patoloji Qumar Asılılığının müalicə edilə bilən bir xəstəlik olduğunu ilk dəfə irəli sürdü. Onların səyləri sayəsində Amerika Psixiatriya Assosiasiyası 1980-ci ildə patoloji qumar oyununu psixiatrik xəstəlik kimi təsnif etdi.
Custer, Qumar asılılığını üç mərhələ kimi təsvir etdi:
1. Qazanma mərhələsi: Bu mərhələ adətən böyük bir uduşla başlayır, həyəcana və qumara müsbət baxışa səbəb olur. Bu mərhələdə qumarbazda qumara xüsusi istedadı olduğu və şansının tükənməyəcəyi və ya qazanmağa davam edəcəyi kimi “irrasional optimizm” qalır. O, qumara daha çox vaxt və pul sərf etməyə başlayır.
2. Uduzma mərhələsi: Bu mərhələdə qumarbaz dostlarından və ailəsindən uzaqlaşmağa başlayır. O, getdikcə qumar oyunları ilə məşğul olur. Borc almağa, işini atmağa, ailəsinə və dostlarına yalan danışmağa başlayır. O, qumarla öz həyatından uzaqlaşır və bu uzaqlaşma onun ev həyatına sızır. Qumarbaz qumarın miqdarını artırdıqca borcları problemə çevrilir. Bu zaman o, itkilərinin arxasınca qaçmağa başlayır və uduzduqdan sonra pulu geri qazana biləcəyinə ümid edərək qumara qayıtmaq istəyir.
3. Çarəsizlik mərhələsi: Bu mərhələdə qumarbaz qumar üzərində bütün nəzarəti itirir. Qumardan sonra utanır, günahkar olur, amma dayana bilmir. O, asılılığını maliyyələşdirmək üçün fırıldaq və ya oğurluq edə bilər. O, qanuni və ya qeyri-qanuni yollarla pul tapmağı düşünə bilər. Kompulsif qumarın nəticələri ortaya çıxmağa başlamışdır, onlar hiss etdikləri çarəsizliklə mübarizə aparmaq üçün alkoqol və ya narkotik vasitələrə müraciət edə bilər, emosional çöküş səbəbiylə intihara cəhd və ya həbs kimi psixoloji və sosial problemlər yaşaya bilər;
Mənbə: evrimagaci.com
Tərcümə etdi: Aytac Musayeva
