Bu gün:

Sardisdə aşkar edilən döyüş izləri


Manisanın Sardes Qədim Şəhərində Timbra döyüşündə vuruşan iki əsgərin qalıqları və müxtəlif döyüş texnikası aşkar edilib.

Qədim şəhərdə 2700 illik monumental divarın ətrafında bu mövsüm aparılan qazıntılarda məlum olub ki, eramızdan əvvəl 546-cı ildə Fars Əhəmənilər İmperiyasının Lidiya kralı Krez və II. Kir və Kiros arasındakı Timbra döyüşünün izləri aşkar edilib.

Bu döyüşdə Kir Lidiya atlarını qorxudan ordusunun qarşısına dəvələr qoyaraq Lidiya süvarilərini darmadağın etdi və sonra öz süvarilərini sıralardakı boşluqlardan keçirərək Krezi məğlub edərək onu yenidən şəhərə sürdü. On dörd günlük mühasirədən sonra Sardis yıxıldı və Krez əsir düşüb.

İndi qədim şəhərdə aparılan qazıntılar zamanı nizə, ox ucları, qılınc, dəbilqə hissələri və iki əsgərin skeleti kimi bu müharibənin qalıqları tapılıb.

Sözügedən iki əsgər basdırılmadan çiy kərpic divarların xarabalıqlarına atılıb. Buna görə də bu əsgərlərin Lidiya əsgərlərinə məğlub ola biləcəyi düşünülür. Hər iki əsgər kişi idi və öləndə təxminən 20-25 yaşlarında idilər. Əsgər skeletlərinin baş və qollarında qılınc və ya digər silahlardan xəsarət izləri aşkar edilib. Maraqlıdır ki, tapılan əsgər skeletlərindən birinin əlində sapand daşı olduğu düşünülən daş olub.

Prof. Dr. Nik Cahill deyir ki, əsgər sümükləri və digər tapıntılar farsların hökmranlığının və farsların törətdiyi dağıntıların Qərbi Anadolu tarixinə əhəmiyyətli təsir göstərdiyinin izlərini daşıyır. 

Professor bildirib: “Bu əsgərlərdən birinin çox sıxılmış qol sümükləri var idi və açıq-aydın çox ağır bir şey geyinmişdi. Yanında ağır dəmir dəbilqə tapdıq. Sağ qolu daha çox hərəkət etdi, sol qolu qalxan daşıyırdı. Digər skeletin kəllə sümüyünə üç dəfə zərbə endirilib. Çox güman ki, onun qolu özünü müdafiə edərkən döyüş silahı ilə qırılıb”.

Mənbə: arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 



Paylaş
Şərh əlavə et