Afrikada fövqəladə vəziyyət elan edildi. Meymun çiçəyi kimi də tanınan Mpox virusu Mərkəzi və Şərqi Afrikada sürətlə yayılır.
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Afrika CDC) bugünkü son vəziyyətlə bağlı verdiyi açıqlamada ictimai sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan etdi. Hazırkı epidemiyanın virusun yeni bir variantı ilə əlaqəli olduğu üçün əvvəlkilərdən daha narahat olduğu bildirilir.

Ekspertlər xəbərdarlıq edir ki, bu, indiyə qədər gördükləri ən təhlükəli variantdır. 2024-cü ilin əvvəlindən Konqo Demokratik Respublikasında 13,700-dən çox mpox hadisəsi və 450 ölüm hadisəsi qeydə alınıb.
Bildirilir ki, fövqəladə qərar hökumətlərə cavab tədbirlərini əlaqələndirməyə kömək edəcək və təsirə məruz qalan ərazilərə tibbi ləvazimat və yardım axınının sürətlənməsinə səbəb ola bilər.Mpox xəstəliyinə meymun çiçəyi virusu səbəb olur. Monkeypox virusu çiçək xəstəliyi ilə eyni qrupdadır, lakin o qədər də təhlükəli deyil. Virus əvvəlcə yalnız heyvanlardan insanlara keçsə də, indi insandan insana da keçə bilər. Konqo Demokratik Respublikası kimi ölkələrin tropik tropik meşələrindəki ucqar kəndlərdə daha çox rast gəlinir. Bu bölgələrdə hər il minlərlə hadisə və yüzlərlə ölüm baş verir. Virusdan ən çox 15 yaşdan kiçik uşaqlar təsirlənir.Hazırda virusun iki fərqli ştamı var.
"Clade 1" Mərkəzi Afrikaya endemik bir növdür. "Clade 1b" cari epidemiyada müşahidə olunan yeni və daha ağır virus növüdür. Afrika CDC, 2024-cü ilin əvvəlindən iyulun sonuna qədər 14,500-dən çox mpox infeksiyası və 450-dən çox mpox ölümün olduğunu açıqlayıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə infeksiyaların 160%, ölümlərin isə 19% artması deməkdir.
Mənbə: BBC news türkçe
Tərcümə etdi: Uğur Hacıyev
