Hamımız zaman zaman bəzi narsisistik xüsusiyyətlər göstərə bilərik. Bu termin həkimlər tərəfindən şəxsiyyət pozğunluğunun spesifik və diaqnoz edilə bilən növünü təsvir etmək üçün istifadə olunur. Təriflər müxtəlif olsa da, hamısında ümumi mövzu onların digər insanlardan daha yaxşı və ya daha dəyərli olduğuna dair sarsılmaz inamdır. Bu, ətrafındakılar tərəfindən təkəbbür və eqoizm kimi qələmə verilə bilər. "Psychological Bulletin" tibb jurnalında dərc olunan yeni araşdırma 8-77 yaş arası 37247 iştirakçı ilə 51 keçmiş tədqiqatın məlumatlarını toplayır.

Tədqiqatçılar davranış xüsusiyyətlərinə görə üç növ narsistləri araşdırıblar:
Təcavüzkar narsistlər – özünü başqalarından böyük və ya üstün hesab edən və heyranlıq axtaran insanlar
Düşmən narsistlər - başqalarını rəqib kimi görənlər, təhqiramiz və empatiyadan məhrum olanlar
Nevrotik narsistlər - utanmağa meylli, özünə güvənməyən və tənqidə qarşı həssasdır. Tədqiqat üçün elm adamları bu şəxsiyyət ölçülərinin zamanla necə dəyişdiyini araşdırmaq üçün sorğulardan istifadə etdilər və ümumilikdə narsissizmin yaşla birlikdə azaldığını aşkar etdilər. Lakin dəyişikliklər incə və tədricən oldu. Narsist son vaxtlar təhqir kimi istifadə olunur, tez-tez çətin və ya dikbaş kimi qəbul edilən insanlara yönəlir. Narsistlər başqalarına həsəd aparmağa və qısqanmağa meyllidirlər. Onlar son dərəcə təhqiramiz və manipulyasiya edicidirlər.
Narsist bir insanın müəyyən bir yaşda birdən-birə yaxşılaşacağını gözləməyin.
Mənbə: BBCnews türkçe
Tərcümə etdi: Aynur Mikayılova
