Bu gün:

Öyrənmə əlilliyi nədir?


Öyrənmə əlilliyi dinləmə, danışma, oxuma, yazma, əsaslandırma, problem həll etmə və ya riyaziyyat bacarıqlarından istifadə etməkdə yaranan çətinlikdir. Bu da insanın məlumatı saxlamaq, emal etmək və istehsal etməkdə çətinlik çəkməsinə səbəb olur. Uşaqlarda daha çox müşahidə olunsa da, böyüklərdə də öyrənmə qüsurları görülə bilir. Bəzi hallarda insanın öyrənmə qüsurunun olub-olmaması fərq edilmir və insan bununla həyatını yaşaya bilər.

Öyrənmə qüsurlarının simptomları

Məktəbəqədər simptomlar: 

• Danışmağa başlamağın əhəmiyyətli gecikməsi

• Sözləri tələffüz etməkdə və yeni sözləri öyrənməkdə çətinlik və ya yavaşlıq

İbtidai məktəb simptomları: 

•Oxumaq, yazmaq və rəqəmləri öyrənməkdə çətinlik

•Çaşdırıcı riyazi işarələr (məsələn, "x" əvəzinə "+")

•Sözləri geriyə doğru oxumaq (məsələn, "ev" əvəzinə "və") 

•Ucadan oxumaqdan və yazmaqdan imtina

Çətin öyrənmə vaxtı

 •İstiqamət anlayışlarını ayırd edə bilməmək (sağ-sol, şimal-cənub)

•Yeni bacarıqların öyrənilməsində lənglik

•Dost tapmaqda çətinlik

•Ev tapşırığını unutma 

•Üz ifadələrini və bədən hərəkətlərini anlamaqda çətinlik

Öyrənmə qüsurlu hər uşaq fərqlidir və eyni xüsusiyyətlərə malik deyil. Buna görə də, xüsusiyyətləri müəyyən etmək və diaqnoz qoymaq üçün ətraflı qiymətləndirmə lazımdır. Öyrənmə qüsurlarının səbəbi dəqiq bilinməsə də, araşdırmalar bunun beyin strukturunda funksional fərqlərlə əlaqəli olduğunu göstərir.  Bu fərqlər anadangəlmə və irsi xarakter daşıyır. Valideynlərin oxşar tarixi varsa və ya bacı-qardaşlardan birinin öyrənmə qüsuru varsa, digər uşağın ehtimalı da artır.  Bəzi hallarda doğuşdan əvvəl və ya sonra yaşanan problem (məsələn, hamiləlik zamanı spirt istifadəsi, oksigen çatışmazlığı, vaxtından əvvəl və ya aşağı doğum çəkisi) öyrənmə qabiliyyətinin azalmasına səbəb ola bilər.  Unudulmamalıdır ki, iqtisadi çətinliklər, ətraf mühit amilləri və ya mədəni fərqliliklər öyrənmə çətinliyinə səbəb olmur.

Öyrənmə əlilliyi diaqnozu

Klinik qiymətləndirmə uşağın doğum tarixi, inkişaf xüsusiyyətləri, məktəb fəaliyyəti və ailənin sosial-mədəni xüsusiyyətləri nəzərə alınmaqla mütəxəssis tərəfindən aparılır. Amerika Psixiatriya Assosiasiyası tərəfindən nəşr olunan və diaqnostik meyarların müəyyən edilməsi üçün mənbə olan DSM 5-də Xüsusi Öyrənmə Bozukluğu adı altında tapılır.  Diaqnostik meyarlara görə, aşağıdakı simptomlardan ən azı birinin olması ilə göstərildiyi kimi məktəb bacarıqlarının öyrənilməsi və istifadə edilməsində çətinliklər zəruri müdaxilələrə baxmayaraq ən azı 6 ay davam etməlidir.

Mənbə: Medical park

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et