Bu gün:

İnfarkt necə baş verir?


İnfarkt zamanı ürək döyünməyə davam etmək və bədəni qanla təmin etmək üçün kifayət qədər oksigen ala bilmir.

Yaxşı, bu necə baş verir?

Ürək əzələləri qanın bütün bədəndə hərəkət etməsinə imkan verir, onlar döyünməyə davam etmək üçün enerjiyə və enerji üçün oksigenə ehtiyac duyurlar.

Qan yalnız koronar arteriyalar vasitəsilə ürək əzələlərinə çata bilər. Ancaq bəzən ürəyə gedən yolda tıxanmalar ola bilər. Bu tıxanmalar lövhə adlanan yağlı yataqlardan ibarətdir. Həddindən artıq lövhə yığıldıqda, qırmızı qan hüceyrələri oksigen çatdıra bilmir və tıxanma başlayır. Bir müddət sonra o qədər çox hüceyrə toplanır ki, qan laxtası əmələ gətirir. Bu laxtalanma səbəbiylə kifayət qədər oksigen ala bilməyən ürəyin normal ritmi pozulur və bəzən bu böhranda ürək tamamilə dayana bilər. Bu vəziyyət infarkt adlanır.

İnfarkt müxtəlif cür hiss oluna bilər. Bəzən sinə ağrısı, nəfəs darlığı və ya sol qolda ağrı meydana gəlməsi əsas göstəricilərdəndir. Bəzən ürəkbulanma, zəiflik və ya yorğunluq hissi baş verə bilər. Bu simptomları yaşayan hər kəs həkimə müraciət etməlidir. Şəkəri az olan və tam taxıllar, tərəvəzlər və yağsız zülallarla dolu ürək-sağlam pəhriz yemək qırmızı qan hüceyrələrinizə öz işini görməyə kömək edəcək. İdmanı davam etdirmək də lazımdır.

Mənbə: bilim up
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et