Bu gün:

"İxtisas seçimi valideyn istəyinə əsaslanmamalıdır"



24media.az-ın "1 sual 1 cavab" rubrikasının növbəti qonağı Ailə və uşaq psixoloqu Aynur İsmayılovadır. O, abituriyentlərin ixtisas seçimi müddətində valideynlərin onlara təsiri haqqında  danışıb. 

Bildiyimiz kimi ixtisas seçimi vaxtlarıdır. Bəzi abituriyentlər stress, həyəcan keçirirlər. Bu zaman valideynlər övladları ilə necə davranmalıdırlar? 

– Abituriyentlər istəyib- istəmədikləri balı toplasalar belə, ixtisas seçimi hər bir abituriyentin əsas vəzifəsidir. Bu halda valideynlər öz istəklərinə uyğun ixtisaslar seçirlər, amma bəzən fakültənin tələbəsi bu fakültəni bitirsə belə, bu onların öz seçimləri olmur. Bəzən oğlanların əvəzinə valideynlər ixtisas  seçimi etdikdə onlar  tələbəliyi yarımçıq qoyub əsgər gedirlər, qızlar belə hallarda universitetibitirdikdən sonra başqa sahəyə yönəlir və ya həmin sahəyə həvəssiz olurlar. Valideynlər nəzərə almalıdırlar ki, ixtisas seçimi onun övladına aiddir, abituriyentin seçiminə uyğun ixtisas seçilməlidir ki, gələcəkdə də əziyyət çəkməsin.


Arzu İbrahimova 

Paylaş
Şərh əlavə et