Bu gün:

Dənizin təhlükəli çiçəkləri


Kocaelinin Körfez rayonunun Kirazlıyalı bölgəsində həyata keçirilən dalğıc zamanı İzmit körfəzi və Mərmərə dənizinin fövqəladə gözəlliyi sualtı kamera ilə lentə alınıb. Zəhərli olduğu qədər estetik baxımdan da çiçək buketlərinə bənzəyən anemonlar"'dənizin təhlükəli çiçəkləri" olaraq bilinir.


Sualtı fotoqrafı və dalğıc təlimatçısı Mehtap Akbaş Çiftçi dəniz ekosistemi üçün mühüm yeri olan anemonları 10-20 metr dərinlikdə dalışları zamanı qeydə aldıqlarını bildirib.


Dalışın təxminən 2 saat çəkdiyini ifadə edən Çiftçi deyib: "İzmit Körfəzi Mərmərə dənizinə bağlı olduğu üçün çoxlu axın var, səthi Qara dəniz, alt təbəqəsi isə Egey sularından qidalanır. Buna görə də , burada biomüxtəliflik kifayət qədər yüksəkdir".


Mənbə: Haberturk.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et