Zəlzələlər insanlar üçün ən qorxulu təbii fəlakətlərdən biridir. Ölkəmizdə tez-tez baş verən kiçik və ya böyük zəlzələlər səbəbindən bir çox insanlarda bununla bağlı şüuraltı qorxu yaranır.

Yuxularınızda zəlzələni hiss etmək, zəlzələdə titrəmək, binaların uçduğunu görmək kimi bir çox mənzərə ilə qarşılaşmış ola bilərsiniz. Yuxuda zəlzələ görmək bir çox mədəniyyətlərdə və yuxu təfsiri ənənələrində həyatınızdakı dəyişikliklərin, çevrilmələrin və ya qeyri-müəyyənliyin simvolu kimi şərh edilə bilər. Bununla belə, yuxuların təfsiri xəyalpərəstin həyat təcrübələrindən, emosional vəziyyətindən və şəxsi inanclarından asılı olaraq dəyişə bilər.
Yuxuda zəlzələ görmək yaxşı və ya pis əlamət ola bilər. Yuxuda zəlzələ görmənin yozumu, mövcud vəziyyətə, binaların uçduğunu görməyə və ya insanın qaçıb-qaçmamasına görə dəyişir. Yuxuda zəlzələ görmək, insanın işində və ya ictimai həyatında böyük irəliləyişlər edəcəyinə də işarə edir. Bu hətta yuxu görən insanın həyatında köklü dəyişikliklərin olacağına və insanın həyatının tamam başqa yerlərə gedəcəyinə işarədir. Yuxusunda zəlzələ görən insan təəccüblü hadisələrə, yeni və fərqli qərarlara hazır olmalıdır. Yuxuda hardasa zəlzələ olduğunu, insanların qaçdığını və bəzi insanların torpağa basdırıldığını görmək o yerin əhalisinə çətinlik yaradacaq böyük bir fəlakətin gələcəyinə işarə edir.
Mənbə: Cnn.com
Tərcümə etdi: Fatimə Əsədzadə
