Bu gün:

Baltik dənizində şüşə butulkalarla batan gəmi tapılıb


İsveç sahillərində Avropanın ən yaxşı şampan şərabı və mineral suyu ilə dolu 170 illik batan gəmi tapılıb.




Baltik dənizində İsveçin Öland adasından 37 kilometr cənubda “Baltictech” dalğıc qrupu tərəfindən 100-ə yaxın şampan şüşəsi və mineral su aşkar edilib.

Şampan şüşələri gündəmi zəbt etsə də, əslində ən böyük tarixi əhəmiyyətə malik xəbər mineral sular olmalıdır. 19-cu əsrdən başlayaraq mineral su müalicəvi faydalarına görə yüksək qiymətləndirildi və Avropanın zəngin, məşhur insanları üçün dəbli içki oldu.

Bu mineral sular möhürlənmiş gil butulkalarda saxlanaraq konteynerin tarixi haqqında mühüm ipucu verirdi. Butulkaların forması suların 1850-1867-ci illər arasında təbii mineral suyu ilə məşhur olan "Alman Selters" şirkəti tərəfindən istehsal olunduğunu göstərir.

Dalğıclar gəminin batması ilə bağlı İsveç regional hakimiyyət orqanlarını məlumatlandırıblar və Södertörn Universitetinin dəniz arxeoloqları ilə birlikdə əraziyə qayıtmaq üçün layihə üzərində işləyirlər. Bununla belə, onlar qeyd edirlər ki, alkoqollu qənimətin bərpası “inzibati məhdudiyyətlərə görə” vaxt aparacaq.

Staçura deyir: "Bunlar 170 ildir orada gizlənilib, ona görə də bir il də orada gizlənməlidir ki, əməliyyata daha yaxşı hazırlaşmaq üçün vaxtımız olsun".

Mənbə: evrimağacı.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et