Göbeklitepedəki oymaların dağıdıcı bir kometa zərbəsini xatırlamaq üçün yaradılmış ən qədim günəş təqvimini təmsil etdiyi iddia edildi. 
Tədqiqatçının fikrincə, Göbeklitəpədə 12.000 illik daş sütunun üzərindəki işarələr kometaların dağıdıcı təsirini xatırlamaq üçün yaradılmış dünyanın ən qədim günəş təqvimini təmsil edə bilər.
Tədqiqatçılar deyirlər ki, Şanlıurfadakı Göbeklitepedəki işarələr - mürəkkəb simvollarla bəzədilmiş qədim məbəd kimi tikililər kompleksi - insan sivilizasiyasında əhəmiyyətli dəyişikliyə səbəb olan astronomik hadisəni qeyd edə bilər.
Göbeklitəpədə sütunlara həkk olunmuş V formalı simvolların yeni təhlili hər bir V-nin bir günü təmsil edə biləcəyini ortaya qoydu. Bu şərh tədqiqatçılara bir sütunda 12 ay və əlavə 11 gündən ibarət 365 günlük Günəş təqvimini aşkar etməyə imkan verdi. Bu şərhə görə, Yay gündönümü ayrı, xüsusi bir gün kimi quşa bənzər bir canlının boynuna taxılan və o dövrdə yay gündönümü bürcünü təmsil etdiyi düşünülən V işarəsi ilə təmsil olunur. Oxşar V işarələri yaxınlıqdakı digər heykəllərdə, ehtimal ki, tanrıları təmsil edən fiqurların boyunlarında tapıldı.
Həm Ayın, həm də Günəşin dövrləri təsvir edildiyinə görə, bu oymalar Ayın fazalarına və Günəşin mövqeyinə əsaslanaraq, Yer kürəsində məlum olan hər hansı digər təqvim növündən minlərlə il əvvəl yaradılmış ən qədim Ay Günəş təqvimi ola bilər.
Tədqiqatçı hesab edir ki, Göbeklitəpədə olan bu oymalar təxminən 13 000 il əvvəl, yəni eramızdan əvvəl 10 850-ci ildə Yerə dəyən kometa fraqmentlərinin tarixini qeyd etmək üçün yaradılıb.
Bu tapıntı həm də Yerin orbiti kometa parçalarının yolu ilə kəsişdiyi zaman kometaların vurma riskinin daha yüksək olduğu nəzəriyyəsini dəstəkləyir.
Mənbə: evrimağacı.com
Tərcümə etdi: Aytac Musayeva
