Bu gün:

Unudulmuş sivilizasiyanın qapıları açıldı


Kariya, Keramus və Halikarnas kimi mühüm liman şəhərləri arasında strateji bir nöqtədə yerləşən bu erkən Bizans məskəni arxeoloji cəhətdən böyük önəm kəsb edir.Qazıntıları Muğla Sıtkı Koçman Universitetinin Arxeologiya fakultəsi, Orta əsrlər kafedrasından Dos. Dr. Hatice Özyurt Özcanın rəhbərliyi altında həyata keçirilir. Hazırda sahədə 22 işçi və 4 arxeoloqla işlər fasiləsiz davam etdirilir. 2019-cu ildən başlayan qazıntılar zamanı üç kilsə, bir vəftizxana, iki hamam, yaşayış yeri, ictimai binalar, ticarət mərkəzləri, liman strukturları və monumental türbələr aşkar edilib.

Dos. Dr. Xədicə Özyurt Özcan açıqlamasında, “Bura erkən xristianlıq dövrünə aid, gec antik dövr adlandırılan bir məskunlaşma yeridir. Çimərlik tamamilə erkən xristian dövrünə aid tikililərlə bəzədilib. Əvvəlki dövrə aid olan şəhər qədim Akropol ərazisində yerləşir. Bu sahədə işlər 2019-cu ildə başlayıb və beş ildir ki, davam edir" - bildirib. 

Bu müddət ərzində bir çox strukturlar aşkar edilmişdir. Tədqiqatlar başlayarkən ilkin beş illik proqram yaradılmışdır. Bu proqramın məqsədi sahili tamamilə görünən etmək idi.

1800-cü illərdə əraziyə gələn səyahətçilər onu kiçik bir balıqçı kəndi kimi təsvir edirdilər, çünki strukturların çoxu görünmürdü. Ancaq 2019-cu ildə aparılan araşdırmalardan məlum oldu ki, bu yer mühüm bazilika və kilsəyə malik olduğundan yepiskop mərkəzidir. Məlumdur ki, Anastapolis yepiskop siyahılarında adı çəkilən şəhərlərdən biridir.

2024-cü ildən etibarən şəhərin qərb hissəsindəki dini mərkəz və ticarət binalarına xüsusi diqqət yetirilən qazıntılar, qədim şəhərin böyük bir hissəsinin üzə çıxarılması məqsədi ilə davam edir. Gələcəyə İrs layihəsi çərçivəsində həyata keçirilən bu işlərə bölgədəki hamam mozaikasının və vəftizxanadakı divar rəsmlərinin konservasiyası və mühafizəsi də daxildir.

Mənbə: ntv.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et