Bu gün:

Dünyaca məşhur markaların uğursuz məhsulları


Nyu-Yorkda yerləşən Uğursuzluq Muzeyində uğursuz brendlər sərgilənir. Muzey şəhərdən şəhərə səyahət edərək sahibkarları ruhlandırmaq məqsədi daşıyır.

Çox vaxt yalnız yaddaqalan ideyalar və parçalar muzeyə çevrilir, lakin bu muzey ənənəvi düşüncəyə meydan oxuyur. Bir çox markanın uğursuz məhsulları Uğursuzluq Muzeyində sərgilənir. Muzey ziyarətçilərinə uğursuz cəhdlərdən dərs keçmək ideyası üzərində qurulub. Bəs muzeydə nə var? Muzeylə paylaşılan bəzi markaların uğursuz cəhdləri...

Pringlesın 1990-cı illərin əvvəllərində buraxdığı yağsız çipslərin tərkibində olestra adlı maddə var. Aşağı kalorili pəhrizlər dəbdə olanda məntiqli bir təşəbbüs kimi görünsə də, olestranın ishal və mədə krampları kimi yan təsirləri var idi. Buna görə də çipslər tez bir zamanda populyarlığını itirdi.

1975-ci ildə istifadəçilər daha şirin dadı olan Pepsiyə üstünlük verdikdən sonra Coca-Cola strategiyasını dəyişdi. Şirkət daha şəkərli kola buraxdı, lakin istifadəçilər yeni dadı bəyənmədilər. Şirkət dərhal kolanı geri götürdü və köhnə orijinal dadına qaytardı.

Google ağıllı eynəkləri ilk dəfə çıxanda gözləntilər böyük idi və texnologiya həvəskarları eynək üçün 1500 dollar ödədilər. Bununla belə, eynəklər texnoloji cəhətdən qeyri-adekvat idi. Daxili kamera məxfilik problemləri ilə bağlı narahatlıqları artırdı. İnsanların istənilən vaxt və yerdə yazıya alınması fikrini bəyənmədilər və Google ağıllı eynəklər bir çox yerdə qadağan edildi.


Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova

Paylaş
Şərh əlavə et