Bu gün:

Avakadonun faydaları



Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə edilir. Ancaq avokadonun təbii faydaları çox daha təsirli ola bilər. Dərini sıxmaq və botoks effekti yaratmaq üçün əsl həll avokadonun toxumunda gizlənir.

Avokado orqanizm üçün ən yaxşı qidalar arasındadır. Biz adətən avokadonun içini yeyib tumunu atırıq. Ancaq onun toxumunun təsirləri haqqında eşitdiyiniz zaman dərhal sınamaq istəyə bilərsiniz. Zibil qutusuna atılan avokado toxumlarının nə üçün istifadə edildiyinə baxın.

Avokado toxumunun sərt quruluşu onun istifadəsi ilə bağlı sizi çaşdıra bilər. Lakin istifadə etdikdə onun dəriyə təsiri tamam başqa olur. Dərini bərpa edir, yeni hüceyrələrin meydana gəlməsini dəstəkləyir. Dərinin səthindən ölü hüceyrələri çıxararaq özünüzü gümrah hiss etməyə imkan verir.

Məsamələri daraltma qabiliyyəti sayəsində yeni sızanaqların əmələ gəlməsinin qarşısını alacaq. Xüsusilə, ləkələri çıxarmağa kömək etməklə daha sağlam görünüş əldə etməyə kömək edir. Avokado toxumu və zeytun yağının birləşməsi sayəsində dəri və saç problemləri yaxşılaşmağa başlayacaq.

Dəridəki sıx sızanaqlara faydalı olan avokado toxumları iltihabı bədəninizdən qısa müddətdə çıxaracaq. Bir çox insanların maraqlandığı məsələ avokado toxumlarının kollagen təsiridir. Dərinin kollagenə olan ehtiyacını ödəməklə dərinin dartılmasını təmin edir.

Müəyyən yaşdan sonra orqanizmdə kollagen istehsalı azalmağa başlayır və arzuolunmaz qırışların əmələ gəlməsinə səbəb olur. Yaşlanma əlaməti sayılan bu halları yüngülləşdirmək üçün təbii üsullardan istifadə edə bilərsiniz. Xüsusilə kollagenlə zəngin qidaları istifadə etmək və onları dəriyə sürtmək təsirli olacaq.

Mənbə: Milliyet

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et