Bu gün:

Anbardakı siçandan ilhamlanan personaj


İrlandiyalı mühacir ailənin oğlu Volt Dizney iqtisadi çətinliklər üzündən gənc yaşlarında pul qazanmalı olub. Maddi çətinliklər üzündən məktəbi davam etdirə bilməyən Dizney bir peşə əldə edə bilməyib.

Dizney aldığı kitabın arxa qapağında "Kanzas City İncəsənət İnstitutu sizi pulsuz kurslara dəvət edir" elanına rast gəlir və bu fürsətdən istifadə edir. Bu kurslara qatılaraq rəsm qabiliyyətini artırmağa başlayıb. Rəsmlərini göndərdiyi əksər jurnallardan mənfi cavab alan Volt bütün mənfiliklərə baxmayaraq rəsm çəkməyə davam edirdi. O, rəsm çəkərkən otağında balaca siçan görüb. Gündən-günə siçanla dostlaşan Volt balaca dostunu çəkmək qərarına gəlib. Bu rəsm həm Walt Disney, həm də cizgi filmi dünyası üçün dönüş nöqtəsi olur və dünyanın ən məşhur cizgi film qəhrəmanı Mickey Mouse ortaya çıxır.

Mənbə: Pazarlamasyon

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et