Bu gün:

Koreyalıların dərisi niyə belə gözəldir?


Koreyalıların gözəlliyi və dərisinin sağlamlığı bütün dünyada məşhurdur. İncə çini kimi dəriləri və təbii gözəlliyi ilə özünü göstərən koreyalı qadınlar son illərdə bütün dünyada böyük pərəstişkar kütləsi yaradıblar. Bəs Koreya qadınlarının bu gözəllik sirləri nədir?

Koreyalı qadınların dərisi ümumiyyətlə hamar və parlaq bir görünüşə malikdir. Bunun səbəbi koreyalıların dəri baxımına böyük əhəmiyyət verməsidir. Dərilərini nəm saxlamaq üçün mütəmadi olaraq maskalar tətbiq etməklə dərilərinin canlılığını qoruyurlar. Onlar həmçinin günəş şüalarından qorunmaq üçün günəşdən qoruyucu vasitələrdən, şapkalardan və eynəklərdən istifadə edirlər.


Koreyalıların gözəllik sirri nədir?

Koreyalı qadınlar gözəlliklərini qorumaq və dərilərini sağlam saxlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bunlara dərinin təmizlənməsi, nəmləndirici, maska tətbiqləri və günəşdən qoruyucu istifadə kimi üsullar daxildir. Bundan əlavə təbii məhsullar və bitki mənşəli müalicələr də tez-tez istifadə edilən üsullar arasındadır.


Mənbə: herkesicingüzellik.com

Tərcümə etdi: Nəzri Süleymanova



Paylaş
Şərh əlavə et