Bu gün:

Ağrıları aradan qaldıran çiçək


Çobanyastığı bahardan iyunun sonuna qədər çiçək açır. Bu çiçəyin hündürlüyü təxminən 25 sm-dir və sapı yoxdur. Ağ yarpaqları nazik və seqmentlidir. Çiçəyin orta hissəsində sarı dairə var. Çobanyastığı çiçəyi təmiz qəlbi simvolizə edir. İnsanlar saf niyyətlərini göstərmək üçün bir-birlərinə çobanyastığı hədiyyə edirlər.

Çobayastığı çiçəyinin faydaları

Çobanyastığıçiçəyi sakitləşdirici xüsusiyyətlərə malikdir. Yuxunu asanlaşdırır. İştahı artırır və mədə xəstəlikləri üçün faydalıdır. Antibakterial xüsusiyyətlərinə görə bədəndəki bakteriya, iltihab və mikroblarla mübarizə aparır. Çobanyastığı çiçəyi menstruasiya pozğunluğu yaşayanlar üçün də faydalıdır. Bağırsaq qazını aradan qaldırmağa kömək edir və hemoroid əlamətlərini azaldır. Çobanyastığı çiçəyi sidikqovucu xüsusiyyətlərə malikdir. Bu çiçək əzələ ağrılarını aradan qaldırır. Təkcə vizual gözəlliyi göstərmir, tərkibindəki acı maddələr, efir yağları və fenolik birləşmələrlə insan sağlamlığına bir çox faydalar verir. İnsanların ən çox istifadə etdiyi çobanyastığı çayı dəmləmək və içməkdir. Çobanyastığı çayının buxarını udmaq belə faydalıdır. Sinüzit, soyuqdəymə kimi xəstəliklərə yaxşı təsir edir.

Çobanyastığının növləri

Çobanyastığı çiçəklərinin bir çox çeşidləri var. Bunlardan biri də Roma çobanyastığıdır. Qərbi Avropada çoxillik bitkidir. Qalın yaşıl yarpaqları ilə digər papatya çiçəklərindən fərqlənir və mədə xəstəliklərində istifadə olunur. Alman çobanyastığı iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Roma çobanyastığından daha hamar bir quruluşa malik olması ilə fərqlənir. Misir çobanyastığı papatya növləri arasında ən keyfiyyətlisidir. Bu çiçək Nil çayı boyunca uzanan vadilərdə bitir. Çay Misir çobanyastığı ilə hazırlanır və bu çay meyvə aroması ilə torpaq ləzzətinə malikdir. Bunlar ən çox yayılmış çobanyastığı növləridir. Amma bunlardan əlavə keçəl papatya, it papatya, ağ çobanyastığı, sarı papatya, dağ papatya, çəmən çobanyastığı, iri papatya, yalançı papatya və may çobanyastığısı da var. Çobanyastığı yarpaqları yeməli olur. Bu səbəbdən bəziləri salatlarda çobanyastığından istifadə edirlər. Çobanyastığı çiçəyi zərərli şeylərə və xəstəliklərə çox davamlıdır. Tək bir çiçək kimi görünsələr də, əslində iki çiçəkdən ibarətdirlər. Çobanyastığı kosmetika, tibbi və bir çox digər sahələrdə istifadə olunur.

Mənbə: Via gardenia

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et