NASA-nın verdiyi açıqlamada ABŞ-ın Nyu Meksiko ştatının Fort Sumner şəhərindəki hava şarının buraxılması obyektində səkkiz elmi şarın buraxılacağı açıqlanıb. Balonların avqustun ortalarından oktyabrın ortalarına qədər havaya qalxması planlaşdırılır.

NASA bildirib ki, uçuşlar astrofizika, günəş fizikası və atmosfer tədqiqatları sahələrində araşdırmalar da daxil olmaqla 16 missiyaya dəstək verəcək.
NASA-nın Balon Proqramı Bürosunun müvəqqəti rəhbəri Endryu Hamilton, "Biz təkcə çoxsaylı missiyalara start vermirik, həm də bu uçuşlar Antarktida, Yeni Zelandiya və İsveçdəki uzunmüddətli buraxılış qurğularımızdan sonrakı missiyalar üçün əsasdır",- dedi .
Mənbə: yenicaggazetesi.com
Tərcümə etdi: Aydan İbrahimli
