"İncəsənətin inciləri" rubrikası Bauhaus incəsənət cərəyanı haqda qısa icmalı təqdim edir.
Bauhaus, 1919-1933-cü illər arasında Almaniya'da fəaliyyət göstərən bir sənət, memarlıq və dizayn məktəbidir, lakin bu həm də geniş bir sənət cərəyanına çevrilmişdir. Bauhaus, sənətin bütün formalarının bir-biri ilə əlaqəli olduğunu və sənətçilərin həm dizayn, həm də funksionallıq üzərində işləməli olduğunu vurğulayırdı. Hərəkatın əsas ideyası, sənət və texnologiyanın birləşərək gündəlik həyatın təkmilləşdirilməsi idi. Bauhaus’un əsas simaları arasında Walter Gropius, Paul Klee, və Wassily Kandinsky yer alırdı.
Mənbə: https://magazine.artland.com/art-movement-bauhaus/#:~:text=Named%20after%20the%20German%20word,%2C%20interior%20design%2C%20and%20architecture.
Hazırladı: Gülay Qəribova