Bu gün:

Euboea adasında tapılan satirləri təsvir edən mozaika


Yunanıstanın Euboea adasında işçilər su kəməri layihəsi zamanı eramızdan əvvəl 4-cü əsrə aid yaşayış məntəqəsinin izlərini aşkar ediblər.

Mozaika döşəməsi qədim yunan yaşayış məntəqəsinin yerləşdiyi Euboea adasındakı Eretria şəhərindəki binanın bir hissəsi idi. Yunanıstan Mədəniyyət Nazirliyinin verdiyi açıqlamaya görə, tədqiqatçılar evi son klassik dövrə, yəni eramızdan əvvəl 4-cü əsrin ortalarına aid ediblər. Çünki mozaika döşəməsi yaxınlıqda Mozaika Evi kimi tanınan tikilidə tapılan başqa bir mozaika döşəməsinə çox bənzəyirdi.

“Əla vəziyyətdə olan” mozaikanın eni 1,13 metrdir və quyruqlu, buynuzlu və sivri qulaqlı iki kişi satiranı təsvir etmək üçün müxtəlif rəngli çınqıllardan istifadə edilərək düzülmüşdür.

İki satirdən kiçiyi qoşa fleyta çalır, saqqallı böyüyü isə musiqi sədaları altında rəqs edir. Rəngarəng naxış "şounun fiqurlarına realizm və canlılıq əlavə edir".

Yunan mifologiyasında Satirlər; Onlar şərab, həzz və “ritual dəlilik” tanrısı Dionislə sıx bağlı olan “vəhşi canlılar” kimi tanınırdılar.

Tədqiqatçılar mozaika ilə yanaşı, otağın üç tərəfi boyunca uzanan "qaldırılmış havan döşəməsi" də aşkar ediblər. Təsvirə görə, otaqda böyük ehtimalla kişilər yaşayırdı və mozaikada göstərildiyi kimi əyləncəli məclislər və ya ziyafətlər üçün məkan kimi istifadə olunurdu.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et