Bu gün:

Mavi yumurtanın faydaları nələrdir?


 Mavi yumurtanın faydaları tərkibindəki vitaminlər, minerallar və zülallar sayəsində baş verir. Yumurta sarısı yağda həll olunan vitaminlərlə, məsələn, A, D, E vitaminləri ilə zəngin olsa da, protein tərkibinin böyük hissəsi yumurta ağında olur. 

 Yumurta çox qidalı tərkibə malikdir. Gündəlik pəhrizə əlavə olunduqda bədənin ehtiyac duyduğu komponentləri təmin etməkdə təsirli olur. Selenium, kolin və fosfor kimi maddələrlə zəngindir. Zülalla zəngin olduğu üçün əzələlərin inkişafına və güclənməsinə kömək edir. Bədəndə fizioloji fəaliyyətlərin saxlanmasında iştirak edən, lakin orqanizm tərəfindən istehsal oluna bilməyən amin turşularının qəbuluna kömək edir. Yumurtalar xolesterin baxımından zəngin olsa da, bədən üçün faydalı olan HDL artımını da dəstəkləyirlər. Tərkibindəki omeqa-3 ilə qanda xolesterin səviyyəsini azalda bilər. Həddindən artıq miqdarda istifadə edilmədikdə faydalı təsirini göstərir. Bəzi tədqiqatlar göstərib ki, insult kimi ürək xəstəlikləri riskini azaldır. Yumurta aşağı kalorili doyurucu bir qida olduğundan, porsiyaya nəzarəti asanlaşdırır və arıqlamağa kömək edir. Zülal qəbulu, idmanla dəstəkləndikdə maddələr mübadiləsi sürətini artırdığı və əzələ meydana gəlməsini artırdığı üçün pəhriz menyularında istifadə edilə bilər. Diabetli xəstələrdə qan şəkərini balanslaşdırmağa kömək edir.

Tərkibindəki antioksidant, lutein və zeastaksantin ilə gözün strukturunun zədələnməsinə qarşı qoruyucu təsir göstərir.  Göz sağlamlığını qorumaq və katarakta qarşı tədbir görmək üçün seçim edilə bilər. Tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirməkdə və orqanizmi xəstəliklərdən qorumaqda faydalı ola bilər. Tərkibində beyin funksiyasını dəstəkləyən maddələr var. Diqqət və zəka inkişafı kimi faydalar üçün müntəzəm qəbula üstünlük verilə bilər.

Mənbə: medical park

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et