Bu gün:

Pozitiv uşaq böyüdən valideynlərin 5 vərdişi




Uşaqlar valideynlərindən çox şey öyrənirlər. Onlara sağlam bir mənliyə sahib olmağı, düzgün qidalanmağı və bədənlərini sevməyi öyrətmək vacibdir.

Uşaqların yanında söhbətlərinə diqqət yetirmək:
Uşağınızın yanında hər hansı bir şey haqqında danışarkən diqqətli olun. Unutmayın ki, valideynlər övladlarının rəhbərləridirlər.


Neqativ olmamaq:
Özünüz haqqında dediyiniz hər bir mənfi şərh uşaqlarınıza təsir edir. Bunun üçün nə olursa, olsun, pis fikirlərdən və şərhlərdən çəkinin.

Uşaqların hisslərini ifadə etməsi üçün təhlükəsiz yer yaratmaq:
Övladlarınızın sizinlə ünsiyyət qurarkən özlərini təhlükəsiz hiss etmələri vacibdir. Bu səbəbdən onlarla tez-tez və açıq ünsiyyətdə olmaq uşaqları rahatlaşdırır.

Ailə ilə vaxt keçirmək:
Uşaqlar ətraf mühitin məhsuludur. Uşaqlarınızı müntəzəm olaraq əyləncəli və sağlam ailə fəaliyyətlərinə cəlb etdiyiniz zaman onlara sağlam vərdişlər öyrədirsiniz.

Uşaqları idmana cəlb etmək:
Uşaqlar idman və digər fiziki fəaliyyətlər vasitəsilə özünə hörmət qazanırlar. Uşağınıza müsbət bədən imici aşılamaq istəyirsinizsə, onu idmanla məşğul olmağa təşviq edin.

Mənbə: ntv.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et