Göz qanaxması ən çox göz qapaqlarının daxili səthini və gözün ağ hissəsini əhatə edən nazik və şəffaf membran olan konyunktivada damarların genişlənməsi nəticəsində baş verir.
Göz qızartıları, ümumiyyətlə, yuxusuzluq, rəqəmsal göz yorğunluğu, uzun müddət fokuslanma və şiddətli öskürək kimi səbəblərdən yarana bilər. Bundan əlavə, allergiya, quru gözlər, uzun müddət kontakt linzalardan istifadə, konjonktivit, kirpik dibinin iltihabı (blefarit, meibomit), gözə yad cisimlər, arpacıq kimi səbəblərdən qanlı gözlər meydana gələ bilər.

Bununla belə, qanlı gözlər bəzən göz içi iltihabı (üveit), buynuz qişanın xorası və ya qlaukoma (göz təzyiqi) kimi daha ciddi göz xəstəliklərini göstərə bilər.
Göz qızartılarının ekoloji səbəbləri;
Ətraf mühitdə allergenlərin olması
Havanın çirklənməsi, küləkli və tozlu mühitlər
Yuxusuzluq
Siqaret tüstüsü
Aşağı ətraf rütubəti (təyyarələr, ofislər və ticarət mərkəzləri kimi mühitlər), günəş işığına həddindən artıq məruzqalma. Rəqəmsal cihazların geniş istifadəsi.
Göz qızartısına səbəb olan ümumi göz xəstəlikləri:
Şiddətli öskürək, asqırma və ya qəbizlik kimi məcburi səbəblərdən və ya yüksək təzyiq səbəbiylə gözdə qanaxma, quru gözlər. Uzunmüddətli və ya uyğun olmayan kontakt linzaların istifadəsi.
Gözün qızarmasına səbəb olan ciddi göz xəstəlikləri: Göz travması, kornea xorası.
Göz qızartısına nə yaxşı gəlir?
Göz infeksiyası olan biri ilə təmasda olsanız, dərhal əllərinizi yuyun və mümkünsə, bu insanlarla təmasdan çəkinin.
Göz makiyajınızı silmədən yatmayın, makiyaj materiallarınızı paylaşmayın. Kontakt linzalarınızı uzun saatlar taxmayın, kontakt linzalarla yatmayın. Əgər uzun saatlar kompüterdə işləyirsinizsə, gözlərinizi dincəltməyinizə diqqət edin. Siqaret və spirt istifadəsini məhdudlaşdırın.
Özünüzü günəşdən və küləkdən qorumaq üçün ultrabənövşəyi şüalardan qoruyan keyfiyyətli gün eynəklərindən istifadə edin. Gözə bir şey daxil olarsa, dərhal yuyun.
Göz qızartısını necə müalicə etmək olar?
Göz qızartıları bir çox səbəbə görə inkişaf edə bildiyindən və bu səbəblərdən bəziləri dərhal müdaxilə tələb edə bildiyi üçün mütləq həkim nəzarəti altında müalicə edilməlidir. Gözlərdə qızartı birdən baş verərsə və ağrı, bulanıq görmə və ya narahatlıqla müşayiət olunarsa, dərhal bir oftalmoloqa müraciət etməlisiniz.
Kontakt linzalar taxırsınızsa, göz qızartılarınız üçün bir oftalmoloqa müraciət edənə qədər linzalarınızı çıxarın və eynəklərinizi müvəqqəti taxın. Bu arada, gözlərinizə konservantsız gözyaşardıcı damcılar da istifadə edə bilərsiniz.
Oftalmoloqunuz göz xəstəliyini aşkar edəcək və əsas səbəb üçün müalicə tövsiyələri verəcəkdir. Töküntünün səbəbi mikrobdursa, antibiotik damcıları, virusdursa, virusların müalicəsi, göz quruluğudursa gözyaşı damlası, allergiyadırsa, antiallergik müalicə tövsiyə edəcək.
Mənbə: Yonca Akkova
Tərcümə etdi: Uğur Hacıyev
