Pennywise-in keçmişindən bəhs edən "Welcome to Derry" serialının çəkilişi başa çatıb. Stiven Kinqin "IT" kitabında baş verən hadisələrdən əvvəl olanları anlatmağa hazırlaşan HBO istehsalı tamaşaçılarla görüşmək üçün gün sayır.

Stiven Kinqin imzası olan "IT" kitabı 1986-cı ildə oxucuların qarşısına çıxmış və dörd ildən sonra televiziya filmi şəklində tamaşaçılarla görüşmüşdür. Həmin istehsalda Pennywise Tim Curry tərəfindən ekrana gətirildi.
Kinqin məşhur kitabı sonuncu dəfə 2017 və 2019-cu illərdə buraxılan iki hissəli İT filmləri ilə ekrana gətirilib. Bill Skarsgård-ın baş rolda oynadığı serialın rejissor vəzifəsini Endi Muschietti öz üzərinə götürdü.
"Welcome to Derry" serialı Pennywise-in yaranmasından bəhs edən hekayəsinə işıq salacaq.
Pennywise-ı yenidən Bill Skarsgard-ın canlandıracağı serialın aktyor heyətində Madeleine Stowe, Stephen Rider, Rudy Mancuso, Taylour Paige, Jovan Adepo, James Remar və Chris Chalk kimi adlar var.
1960-cı illərdə baş verəcək hadisələrin qrafiki, ilk filmdəki qaranlıq hadisələr başlamazdan əvvəl olan hekayəni izah edəcək və Pennywise-in Losers Clubundan əvvəlki qurbanlarını izləyəcək.
Serialın baş prodüseri və həmssenari müəllifi Ceyson Fuks çəkiliş meydançasından çəkilmiş foto ilə son hadisələri paylaşıb. Eyni zamanda 2019-cu ilin “It Chapter Two” filminin həm prodüseri olan Fuchs, son iki filmin rejissoru olan Endi Muschietti ilə birlikdə əvvəldən bu layihədə iştirak edib.
Welcome to Derry-nin 2025-ci ildə HBO-da premyerası olacaq. Serialın ilk mövsümü ümumilikdə 9 seriyadan ibarət olacaq. Bu epizodlardan 4-ü həm də filmlərin rejissoru Endi Musçiettinin imzasını daşıyacaq.
Mənbə: ayiprihtim.com
Tərcümə etdi: Rəfiqə Rəhimli
