Bu gün:

Britni Spirsin həyat hekayəsi böyük ekrana çıxdı


Universal, pop ulduz Spirsin həyatının bioqrafiyası kimi işlənməkdə olan ən çox satılan “İçimdəki qadın” xatirə kitabının hüquqlarını əldə edib.

Filmin rejissoru Con M. Çu olacaq və prodüserliyi Mark Platt edəcək.

Cümə axşamı, Spirs X-də paylaşıb: “#MarcPlatt ilə gizli bir layihə üzərində işlədiyimi pərəstişkarlarımla bölüşməkdən məmnunam. O, həmişə xoşuma gələn filmlər çəkib... bizi izləmədə qalın!”

Studiya Spirsin filmdəki rolu ilə bağlı heç bir məlumat yaymayıb, lakin müğənniyə yaxın olan bir mənbə CNN-ə onun layihədə iştirak edəcəyini bildirib.

2023-cü ilin oktyabrında nəşr olunan "The Woman in Me" Spirsin həyat hekayəsini ilk dəfə pop ulduzun öz nöqteyi-nəzərindən danışdı. Spirs-i yeganə müəllif kimi təqdim edən kitab, onun Missisipidən başlayaraq bənzəri olmayan şöhrətə, analığa, inanca və azadlığını tapmağa qədər olan səyahətini ətraflı təsvir etmişdir.

Son illərdə Spirs uşaqlığı və ailəsi ilə mürəkkəb münasibətləri haqqında açıq şəkildə danışdı. O bu filmdə şöhrət qazanması, paparassilərlə dolu məşhur statusu ilə mübarizəsi və konservatorluğu kimi bu bioqrafiyanın da araşdırılacağına əmindir.

Universal-dan verilən açıqlamaya görə, “Qeyri-adi səmimiyyət və yumorla yazılmış Spears-ın yeni kitabı musiqinin və sevginin davamlı gücünü və qadının öz hekayəsini öz şərtləri ilə danışmasının vacibliyini işıqlandırır”.

“The Woman in Me”nin audiokitabı aktrisa Mişel Uilyams tərəfindən səsləndirilib və 2023-cü ildə Spotify-da ən çox dinlənilən audiokitab olub.


Mənbə: Edition.cnn.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et