Bu gün:

Qapalı varikoz damarları əməliyyatı necə edilir?


Ayaq damarlarının zədələnməsi halında damara kateter vasitəsilə daxil olur və müdaxilə problemsiz, kəsik yaratmadan həyata keçirilir. Açıq cərrahiyyə yerinə, rahat bir seçim olaraq seçilən qapalı varikoz əməliyyatının necə olduğu sualı ağıla gələ bilər. Damarların çıxarılmasına ehtiyac olmadan lazer, radiotezlik, köpük və yapışdırıcı üsullarla uğurlu müdaxilələrin edilə biləcəyini söyləmək mümkündür. 


Lazer üsulu ilə edilən qapalı varikoz əməliyyatında damarın içi yandırılır. Tətbiqdən bir müddət keçdikdən sonra zədələnmiş damar yoxa çıxdığından xəstəlik sağalır. Qapalı üsulla edilən varikoz əməliyyatları zədələnmiş venanın damar çıxarılmasına ehtiyac olmadan rahat şəkildə məhv edilməsi prinsipinə əsaslanır. Bu nöqtədə xəstəliyin vəziyyəti və xəstənin yaşı kimi faktorlara görə lazer, köpük, yapışdırıcı və radiotezlik üsulları tətbiq oluna bilər. Fərqli üsullar istifadə olunsa da, əsasən, prosedur iynə dəliyi kimi kiçik bir nöqtədən girərək damara müdaxilə etməkdir. Lazer üsulu damarın içini yandıraraq xəstəliyi müalicə etmək məqsədi daşıyır. Eyni prosedur radiotezlik metodu üçün də aparılır. 


Yapışqan istifadə edilən qapalı varikoz əməliyyatında vena daxilindəki boşluqlar aradan qaldırılır və qan axınının qarşısı alınır. Qapalı texnologiya sayəsində qapalı əməliyyatlarda kəsik və tikiş tələb olunmur ki, bu da qapalı varikoz əməliyyatından sonra xəstənin həyat rahatlığını artırır. Prosedurdan əvvəl ümumi anesteziyaya ümumiyyətlə üstünlük verilmir.Tez-tez beldən aşağı anesteziya və ya səthi yüngül yuxu sedasiyası tətbiq oluna bilər. Ultrasəs vasitəsilə vena dizdən aşağı və ya yuxarı bir iynə daxil edilərək daxil edilir. Zədələnmiş damara kateter vasitəsilə çatılır və lazer, köpük, radiotezlik və ya yapışdırıcı üsullarla lazımi müdaxilə edilir. Daha sonra müdaxilə edilən nöqtə tikişsiz bağlanır.


Mənbə:medical park


Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et