Bu gün:

"Rəğbətləndirmə ilə uşağın dərsə olan marağını artırmaq olar"


24media.az-ın "1 sual 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Aytən Ələkbərovadır. O, yay tətilində ev tapşırığı ilə məşğul olmağın uşaqlara psixoloji təsiri haqqında danışıb. 

Yay tətilində ev tapşırığı etməyin uşaqlara hansı psixoloji təsirləri var?

– Yay tətili uşaqların və valideynlərin səmərəli dincəlmələri üçün bir zamandır. İbtidai və səkkizinci sinifdən sonra müəllimlərin valideynlərdə yaratdığı bir qorxu var – "övladın məktəbdən uzaqlaşdısa, o, bilik əldə etməyəcək, çox çətin vəziyyətdə qalacaq" , – kimi yaranan təşvişlər isti yay günlərində uşaqların valideynləri tərəfindən daha çox istismar olunmasına səbəb olur. Əgər sağlam düçüncəli, inkişaf etmiş gənclik və təhsil gözləyiriksə, biz bunu məcburiyyət şəkildə etməməliyik. Belə olduqda biz sanki övladımıza dərsi rüşvət kimi təqdim edirik.  Elə dövrdəyik ki, uşaqlar birinci sinfə gedərkən yazmağı və oxumağı bacarırlar. Yəni biz keçmiş və FİN təhsil sisteminə nəzər yetirsək, görərik ki, dörd-beşinci sinfə qədər uşaqlarda rəğbətləndirmə olur. Qiymətləndirmə prososesi getmir. Rəğbətləndirmə ilə uşağın dərsə olan marağı və sevgisini artırmaq olur. Aparılan araşdırmalara əsasən və bir psixoloq olaraq qeyd edirəm ki, yay tətili zamanı uşaqlar dincəlsələr, daha yaxşı olar. Kitab, dəftər üçün darıxıb fikirlərini şifahi formada bölüşsələr, daha çox inkişaf etmiş olarlar. Nəinki kortəbii formada, uşağın saçını dartaraq, vuraraq, "sən bunu etməlisən" ,–  demək uşağlarımızda travma yaradır. Beləliklə, uşaq kitaba, dəftərə nifrət edir.

Arzu İbrahimova 

Paylaş
Şərh əlavə et