Bu gün:

Həm dadlı, həm fə faydalı Tamarindin xeyirləri


Tamarind faydasına görə istehlak edilsə də, bir çox bölgələrdə dadına görə də istifadə edilir. Tamarind (Tamarindus indica) əslən Afrikadan olan ağacdır. Bu bitki həm meyvəsi, həm də yarpaqları ilə tanınır və müxtəlif mətbəxlərdə geniş istifadə olunur. Tamarind 100 qramında 239 kalori ehtiva edir.  

Bu miqdarda 62,5 q karbohidrat var. Bunun 57,4 q şəkər, 5,1 q isə qida lifidir. O, həmçinin 0,6 q yağ və 2,8 q protein ehtiva edir. Tərkibində 28 mq natrium və 628 mq kalium var. Onun vitamin və mineral tərkibinə 4% vitamin C, 5% vitamin B6, 7% kalsium, 22% dəmir, 26% maqnezium, 1% sink və 16% fosfor daxildir. Tərkibində A, D və B12 vitaminləri yoxdur.

Bu zəngin qida tərkibi demirhindi sağlamlığa müsbət təsir edir.Tamarind faydalarına görə xüsusilə hind mətbəxində geniş istifadə olunur və özünəməxsus turş-şirin dadı var. Yeməklərdə və içkilərdə rahatlıqla istifadə oluna bilir və dadı ilə istifadəsi asan olur. Ürək-damar sağlamlığını dəstəkləmək və qanda xolesterin səviyyələrini tarazlaşdırmaq demirhindinin mühüm faydalarındandır. Tamarind faydaları həzm üçün xüsusilə böyükdür. Yüksək pəhriz lifi tərkibi nəcisin həcmini artırır və onun hərəkətini asanlaşdırır. Təbii işlətmə təsiri ilə də bağırsaq hərəkətlərini tənzimləyir. Tamarinddə olan antioksidantlar və üzvi turşular həzm fermentlərini aktivləşdirir, qida maddələrinin daha yaxşı mənimsənilməsini təmin edir. Bu xüsusiyyətlər ümumi həzm sağlamlığının qorunmasında və yaxşılaşdırılmasında mühüm rol oynayır. Tamarind faydalarına ürək sağlamlığını dəstəkləmək daxildir. Çünki tamarind ürək-damar sağlamlığını dəstəkləyən bir çox qida maddəsi ehtiva edir.Tərkibindəki yüksək kalium qan təzyiqini tənzimləyərək hipertoniya riskini azaltmağa kömək edə bilər. Bundan əlavə, antioksidantlar sayəsində xolesterin səviyyəsini tarazlaşdırır və LDL (pis) xolesterini aşağı salaraq və HDL (yaxşı) xolesterini artıraraq aterosklerozun qarşısını alır. Daimi istehlak ürək xəstəlikləri riskini azalda bilər və sağlam ürək-damar sistemi üçün faydalıdır. Tərkibindəki yüksək pəhriz lifi pis LDL xolesterini aşağı salaraq damarlarınızı təmiz saxlamağa kömək edir. Bu, ürək-damar xəstəlikləri riskini azaldır.Tərkibindəki C vitamini güclü antioksidant olaraq sərbəst radikallarla mübarizə aparır, həmçinin dəmirlə zəngin olan demirhindi qan dövranını stimullaşdırır və adekvat qırmızı qan hüceyrələrinin istehsalını dəstəkləyir.Tamarind diabet xəstələri üçün də faydalıdır. Tamarind qan şəkərinin artmasının qarşısını ala bilər. O, həmçinin antiinflamatuar və antioksidant xüsusiyyətləri ilə bədəndəki iltihabı azaldaraq diabetlə bağlı fəsadların qarşısını almağa kömək edə bilər. Çünki demirhindi tərkibində olan lif qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alaraq qan şəkərinin səviyyəsini daha sabit saxlamağa kömək edən qida maddəsidir. Bununla belə, şəkərli diabet xəstələrinin qan şəkəri səviyyələrinə mənfi təsir göstərməmək üçün tamarind istehlak etməzdən əvvəl həkimləri ilə məsləhətləşmələri vacibdir.

Tamaridin faydaları üçün onun immunitet sistemini gücləndirən müxtəlif xüsusiyyətlərə malik olması vacibdir. Onun antiinflamatuar xüsusiyyətləri oynaq ağrıları, artrit və revmatik xəstəliklərin aradan qaldırılmasında təsirli olur.Bu xüsusiyyətlər iltihabı azaltmaqla orqanizmin immun reaksiyasını artırır. Vitamin C və antioksidantlar sərbəst radikalları təmizləyir və hüceyrələri qoruyur, bu da xərçəng riskini azalda bilər. Tamarind həmçinin mikrob və göbələk infeksiyalarına qarşı qoruma təmin edən antimikrobiyal və antiseptik xüsusiyyətlərə malikdir. Xüsusilə parazit və bağırsaq qurdlarının sayını azaltmaqla uşaqların sağlamlığını qoruyur. Tamarind faydalarının başqa bir hissəsi kilo itkisidir. Tərkibindəki hidroksisitrik turşu (HCA) yağ yığılmasının qarşısını ala və maddələr mübadiləsini sürətləndirə bilər. Bundan əlavə, tamaridin təbii işlətmə təsiri sayəsində həzm sistemi tənzimlənir və toksinlərin bədəndən çıxarılması asanlaşır. Pəhriz lifi uzun müddət toxluq təmin edərək kalori qəbulunu azaltmağa kömək edir, bu xüsusiyyətləri ilə demirhindi sağlam qidalanma ilə birlikdə kilo vermə prosesini dəstəkləyir.

Mənbə: Medical park

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et