Bu gün:

Qədim Romada qadın qladiatorlar var idimi?


Qədim Romada qadın qladiatorların cəsur döyüşlərinin nadir olan sübutları bu döyüşçülərin maraqlı hekayələrini ortaya qoyur.

Britaniya Muzeyindəki qədim mərmər relyefində qılınc və qalxanla döyüşən iki qladiator təsvir edilib. Qədim Romadan tanış səhnədir, lakin bir detal diqqəti cəlb edir: hər iki qladiator qadındır.

Qədim Romada qadın qladiatorlar: sübut

İndi Hamburq İncəsənət və Sənətkarlıq Muzeyində olan kiçik heykəlin ənənəvi olaraq əlində strigil (dəri və təri qırmaq üçün istifadə edilən əyri bıçaqlı alət) tutan qadın idmançını təmsil etdiyi düşünülürdü. Bununla belə, Qranada Universitetindən Alfonso Manas 2011-ci ildə nəşr olunan məqaləsində iddia edir ki, bu heykəl əslində qadın qladiatoru, daha dəqiq desək, qısa əyri xəncərlə döyüşən bir növ qladiatoru təsvir edir.

Manasın fikrincə, qadın qladiatorlardan bəhs edən cəmi 10 ədəbi əsər və bir epiqrafik yazı var, ona görə də bu məsələyə aydınlıq gətirmək çətindir.

Qadın Qladiatorların Rolu

Bu gün biz televiziyada qladiatorlara baxmaqdan həzz alsaq da, qədim Romada qladiatorların sosial statusu televiziyadakından tamamilə fərqli idi. Kütlənin əylənməsi üçün arenada döyüşmək və ya çıxış etmək alçaq mövqe hesab olunurdu, ona görə də rinqə çıxmaq istəyən hər bir qadına böyük biabırçılıq gəlirdi. Uduzan qadının bütün əşyaları xalq arasında nümayiş etdirilirdi.. Bu təbii ki onun yoldaşı üçün heç də xoş qarşılanan bir hadisə deyildi. 

Qadın qladiatorlar kişi həmkarları ilə müqayisədə nadir olsa da, onların mövcud olduğu və aşağı statusdan yüksək statusa qədər həyatın bütün təbəqələrində olduqları bilinir. Belə bir hadisə tənqidlə qarşılansa da, niyə müharibəyə qatılmaq istədikləri sualına alqış üçün yaşaya biləcəklərini deməklə cavab vermək olar.

Qədim Romada qadın qladiatorların zəngin tarixini əlimizdə olan məhdud dəlillərlə birləşdirmək cəhdi bu gün də davam edir.

Mənbə: Britannica.com 

Tərcümə etdi:Aytac Musayeva 

Paylaş
Şərh əlavə et