Bu gün:

ABŞ Aİ-nin Kiyevə Rusiyadan neft tranzitini qadağan etməyi tövsiyə etməsinin arxasındadır – diplomat


Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova TASS-a bildirib ki, Aİ-nin Ukraynaya Rusiya neftinin tranzitini qadağan etmək tövsiyəsi Brüsselin ABŞ-ın enerji resurslarından tamamilə asılı olmasına ehtiyacı olan Birləşmiş Ştatların maraqlarına cavab verir.


"Əlavə etmək istərdim ki, Brüsselin arxasında Vaşinqton dayanır", - Zaxarova deyib. "ABŞ-ın dərin dövlətinin Aİ-nin öz enerji resurslarından tamamilə asılı olmasına ehtiyacı var. Bu, Vaşinqtona iqtisadi bonuslar və Avropa İttifaqı üzərində siyasi nəzarəti təmin edir. Məhz buna görə də Aİ ölkələrinin Rusiya ilə uzunmüddətli müqavilələri ABŞ tərəfindən belə nifrətlə qarşılanırdı. “Şimal axını” məhz buna görə partladıldı” , - o , əlavə edib.

Bundan əvvəl Ukrayna “Lukoil” neftinin öz ərazisindən Macarıstan və Slovakiyaya tranzitini Kiyevin bu şirkəti qara siyahıya salmasından sonra dayandırıb.

Szijjarto daha əvvəl vurğulamışdı ki, Rusiya neftinin Ukrayna tərəfindən nəqlinin dayandırılması Aİ-nin iki dövlətinin enerji təhlükəsizliyinə xələl gətirir və Aİ ilə Assosiasiya Sazişinin birbaşa pozulması deməkdir.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş