
Bədənimiz enerji, böyümə və inkişaf üçün ehtiyac duyduğu qidaları həzm sistemi vasitəsilə qarşılayır. Həzm sistemi xaricdən qəbul etdiyimiz qidaları hüceyrələrimizin istifadə edə biləcəyi vəziyyətə çevirir. Bu yazıda ağzımıza daxil olan qidanın bədənimizdən çıxana qədər hansı proseslərdən keçdiyini öyrənəcəyik.
Həzm sistemi nədir?
Həzm sistemi yediklərimizin həzm olunmasını və qidanın onun qida maddələrinə parçalanmasını təmin edən orqanlardan ibarət sistemin adıdır. Həzm sistemi əvvəlcə ağıza alınan qidanın üyüdülməsi ilə başlayır. Sonra digər orqanlardan və nəhayət anusdan keçərək bədəndən xaric edilir. Həzm sistemi yol boyu bir-birinə bağlı olan çox uzun bir sistemdir. Mədə-bağırsaq traktı, öd kisəsi, qaraciyər və mədəaltı vəzi həzm sistemini təşkil edir. Parçalanmış qidalar nazik bağırsaqda qan dövranına keçir və bədəndəki hüceyrələrə daşınır. Sinir sistemi və qan dövranı sisteminin bəzi orqanları da həzm prosesinə kömək edir. Bundan əlavə, hər gün istifadə edilən bu qida və içkilərin çətin həzmində sinirlər, hormonlar və bakteriyalar iştirak edir.
Həzm vacibdirmi?
Həzm enerji, böyümə və hüceyrələrin təmiri üçün bədənə alınan qidanın parçalanması üçün vacibdir. Parçalanmış qidalar qan tərəfindən sorulur və bədəndəki hüceyrələrə daşınır. Bədənimizin müntəzəm işləməsi və sağlam qalması üçün qida maddələrinə ehtiyacı var. Bədəndə qida maddələri karbohidratlara, zülallara, yağlara və vitaminlərə parçalanır. Bu qidalar bədənin ehtiyaclarına uyğun olaraq parçalanır, istifadə olunur və ya saxlanılır. Əgər onu anbar kimi istifadə etmək mümkün deyilsə, atılır.
Karbohidratlar bir çox qidalarda mürəkkəb və ya sadə formada olan qida maddələridir. Bədəndə sadə şəkər qruplarına parçalanır. Meyvə, tərəvəz, taxıl məhsulları və paxlalılar da daxil olmaqla bir çox məhsulda var. Orqanizmin gündəlik istifadə etməsi lazım olan qida qrupudur. Zülallar orqanizmin tikinti bloklarının əmələ gəlməsi üçün zəruri olan qidalar qrupudur. Yumurta, qırmızı ət və balıq da daxil olmaqla bir çox məhsulda olur. Bədəndə amin turşuları adlanan kiçik molekullara parçalanır və nazik bağırsaqdan qana qarışır. Yağlar orqanizm üçün zəngin enerji mənbəyidir və orqanizmin vitaminləri mənimsəməsinə kömək edir. Qarğıdalı, zeytun, yağ və günəbaxan kimi bir çox qidada var. Həzm edildikdən sonra yağ turşularına və qliserinə parçalanır.
Mənbə: bilimup
Tərcümə etdi: Nuray Mürsəlova
