
Yaraların sağalması üçün dörd müxtəlif mərhələnin düzgün işləməsi lazımdır. Açıq yaranın sağalma prosesi laxtalanma, iltihab, təmir və yetişmə mərhələləri ilə baş verir. Bu mərhələlərin hər hansı birinin, bəzilərinin və ya hamısının uğursuz olmasına səbəb ola biləcək bir xəstəlik və ya xəstəliklər varsa, yaraların sağalması daha çətin və daha uzun sürə bilər.
Məlum olduğu kimi şəkərli diabet orqanizmdə insulinin istehsalında və ya ifraz olunmasında problemlər nəticəsində yaranan və qlükoza qəbul edən hüceyrələrimizin qandan kifayət qədər qlükoza almaması nəticəsində qanda şəkərin artmasına səbəb olan bir xəstəlikdir. insulin hormonu; Karbohidratların parçalanmasını, hüceyrənin ehtiyac duyduğu enerjini əldə etmək üçün qlükozanın saxlanmasını və lazım olduqda bədəndə yığılan yağların istifadəsini təmin edir. Bədənimiz qlükozanı istifadə etməkdə və emal etməkdə çətinlik çəkirsə, bu, qan şəkərinin yüksək səviyyəsinə səbəb ola bilər. Bu, yaraların sağalmasını bir neçə yolla gecikdirə bilər. Yüksək qan şəkəri qan axını yavaşlatır. Qan axınının yavaşlamasından ən çox təsirlənənlər qida və oksigenə ən çox ehtiyacı olan hüceyrələrdir. Açıq yaraları olan bölgələrdə toxumaların bərpası üçün oksigen və qida maddələrinə ehtiyac var. Yüksək qan şəkərinin yaraların sağalmasını gecikdirən başqa bir xüsusiyyəti də immun sistemimizin əsas gücü olan ağ qan hüceyrələrinin fəaliyyətini azaltmasıdır. Bu şəkildə bakteriyalardan kifayət qədər təmizlənməmiş yaraların bağlanması gecikir.
Bunlardan başqa, dolayı yolla yaraların sağalmasını gecikdirən başqa bir amil diabetik neyropatiyadır. Diabetik neyropatiya diabet səbəbiylə sinir sisteminin zədələnməsidir. Diabetik neyropatiyalı xəstələrdə uyuşma baş verə bilər. Bu, yaraların tanınmasını və baxılmasını gecikdirə bilər.
Diabetdən ən çox təsirlənən yerlər bədənimizin ətrafları və adətən ayaqlardır. Ayaq yaraları kimi tanınan açıq yaralar təxminən hər dörd diabet xəstəsindən birində görülür. Və təəssüf ki, diabet səbəbiylə amputasiya prosedurları baş verə bilər.
Xüsusilə, hormonal bir xəstəlik birbaşa və ya dolayısı ilə bütün bədənimizə təsir edə bilər və bir zəncirdə müxtəlif xəstəliklərə səbəb ola bilər. Daxili ifrazat olaraq da adlandırılan hormonlar, daxili tarazlıqdan protein istehsalına qədər bədəndəki bir çox metabolik fəaliyyət üçün vacibdir. Daimi məşq həm qan axınının tənzimlənməsinə, həm də bədəndə insulin səviyyəsinə təsir göstərir. Şəkərli diabetimiz olmasa belə, bu hormonun sağlam işləməsini təmin etmək üçün məşq rutinlərimizi və yemək vərdişlərimizi tənzimləyə bilərik.
Mənbə: bilimup
Tərcümə etdi: Sevil Azər
