"İncəsənətin inciləri" rubrikası CoBrA sənət hərəkatı haqda qısa icmalı təqdim edir.
1948-1951-ci illər arasında fəaliyyət göstərmiş CoBrA hərəkatı, adını qurucularının gəldiyi şəhərlər olan Kopenhagen, Brüssel və Amsterdamın baş hərflərindən almışdır. Bu hərəkat spontan və azad sənət yaratma anlayışını mənimsəmişdir. Hərəkatın üzvləri uşaq rəsmlərindən və ibtidai insanların sənətindən ilham alaraq abstrakt və canlı rəngli əsərlər yaratmışlar. CoBrA hərəkatının əsas məqsədi, sənətdə akademik qaydalardan və ənənələrdən uzaqlaşaraq, sənətkarın daxili dünyasını sərbəst ifadə etmək idi. Hərəkatın tanınmış nümayəndələri arasında Asger Jorn, Karel Appel və Constant Nieuwenhuys kimi rəssamlar vardır.
Mənbə: https://guzelsanatlarlisesi.com/kobra-cobra-sanat-akimi-sanatcilar-birligi/
Hazırladı: Gülay Qəribova
