Bu gün:

Mətbəxinizdə şirniyyat hazırlayarkən təhlükəli bakteriyaya yoluxa bilərsiniz


Çoxumuz uşaq olanda valideynlərimizin hazırladığı ləzzətli tortları xatırlayırıq və tort qarışığı qəlibə tökülərkən barmağımızı içinə batırıb dadına baxırıq.

Yaxşı, "çiy yeyə bilməzsən, qarnın ağrıyacaq!" Xəbərdarlığı xatırlayırsınız? Sözsüz ki, qarın ağrısının səbəbi Escherichia coli (E. coli) adlı təhlükəli bakteriya olduğu üçün bu xəbərdarlığa diqqət yetirməli olduğumuzu bilmirdik.

12 ştatı əhatə edən E. coli 0121 epidemiyası aşkar edilib: İndiana, İllinoys, Lou, Massaçusets, Miçiqan, Nebraska, Ohayo, Oreqon, Cənubi Karolina, Yuta, Virciniya və Vaşinqton 16 nəfəri əhatə edib.
16 nəfərdən 7-si ağır infeksiya əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Epidemiya nəticəsində ölüm halı qeydə alınmayıb.
Xəstələrdən alınan məlumatlar nəzərə alınaraq, epidemiyanın "tort qarışığından hazırlanan çiy xəmirin dadına baxaraq" inkişaf etdiyi müəyyən edilib.
Rəsmilərin sözlərinə görə, ola bilər ki, epidemiya bildirilən halların sayından xeyli çoxdur, çünki bir çox digər qida yoluxucu epidemiyalarda olduğu kimi, əksər hallarda yüngül simptomlara malik olduğu üçün xəstəxanaya müraciət edilmir.
Hesablamamıza görə, epidemiyaya səbəb olan əsas element çox güman ki, tort xəmirinin tərkibində olan yumurtadır. Digər tərəfdən, 2016-cı ildə ABŞ-da görülən unla bağlı epidemiya kimi, bu epidemiyaya bənzər, tort xəmirində olan un xammalı da epidemiyaya səbəb ola bilər.


Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et