Bu gün:

Pendir zəhərlənməsinin əlamətləri hansılardır?


Pendir zəhərlənməsi müxtəlif səbəblərdən pendir qəbul etdikdən sonra yaranan bir fəsaddır.

Müxtəlif səbəblərdən yarana bilən qida zəhərlənməsi olan pendir zəhərlənməsi çox təhlükəlidir.

Pendir zəhərlənməsi nədir?

Ümumiyyətlə, heyvan südü ilə hazırlanan və kalsium qaynağı sayılan pendir, demək olar ki, bütün yaş qruplarından fərdlər tərəfindən istifadə edilir.

Azyaşlı uşaqların yeməyə başladığı ilk qidalardan biri olan pendir, fərqli dadlara xitab edə biləcək çeşidlərə malikdir.

Səhər yeməyinin vazkeçilməz qidalarından sayılan pendir müxtəlif yeməklərin daha dadlı olması üçün də istifadə edilir.

Kalsium sümüklərin güclənməsinə kömək edən ən vacib ehtiyaclardan biridir. Gənc yaşda kifayət qədər kalsium almayan uşaqlarda böyümədə çətinlik kimi arzuolunmaz hallar meydana gələ bilər. Kalsium çatışmazlığı sonrakı yaşlarda ciddi problemlərə səbəb olur. Bədənin ehtiyac duyduğu kalsiumu almaq üçün istifadə edilən ən əsas qidalardan biri pendirdir. Ancaq bəzi hallarda pendir istifadəsinə görə yarana biləcək fəsadlar var. Bunlara pendir zəhərlənməsi deyilir.

Pendir zəhərlənməsi müxtəlif səbəblərdən baş verə bilər. Xüsusilə, gənc yaşda pendir qəbul etdikdən sonra yaranan fəsadlar zəhərlənmə hesab edilsə də, qida həssaslığı və ya allergiya ehtimalı xeyli yüksəkdir.

Pendir zəhərlənməsinin əlamətləri hansılardır?

Pendir zəhərlənməsinin simptomları çox vaxt digər qida zəhərlənməsi əlamətlərinə bənzəyir.

Bunlara ürəkbulanma, qusma, ishal, qarın ağrısı, baş ağrısı, zəiflik və yorğunluq və ya hərarət daxil ola bilər.

Boğazda sancma və yanma hissi, nəfəs almaqda çətinlik və bədənin müxtəlif yerlərində yaranan rəngli qabarcıqlar da daxildir.

Mənbə: medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et