Bu gün:

Buz zəhərlənməsinin əlamətləri hansılardır?


Xüsusilə, yay aylarında ən çox rast gəlinən zəhərlənmə növlərindən biri də buzdan zəhərlənmədir. Adından da göründüyü kimi buzun səbəb olduğu buz zəhərlənməsi müxtəlif əlamətlərlə özünü göstərə bilər.

Suyun donmuş vəziyyətinə buz deyilir. Havalar isti olanda sərinləşdirici içkilərin soyudulması üçün istifadə edilən buz, sərinləşdirici içkilərin qısa müddətdə soyumasına kömək edir.

Bu baxımdan buzdan zəhərlənmənin qarşısını almaq üçün buzun hansı sudan hazırlandığına əmin olmaq lazımdır. Suda olan mikroorqanizmlər, parazitlər və ya bakteriyalar buz zəhərlənməsinə səbəb ola bilər. Suda olan bütün mikroorqanizmlər dondurulduqda buz üzərindədir.

Bakteriya, virus və ya parazit kimi patogen mikroorqanizmlərin buz vasitəsilə orqanizmə daxil olması müxtəlif problemlər yarada bilər.

Buz zəhərlənməsinin əlamətləri hansılardır?

Buz zəhərlənməsinin simptomları müxtəlif yollarla görünə bilər. Problemin şiddətindən asılı olaraq dəyişən simptomlar həyat rahatlığını azaldır. Qida zəhərlənməsinin bir növü sayıla bilən, lakin daha ağır ola bilən buz zəhərlənməsinin simptomlarına aşağıdakılar daxildir:

Buz zəhərlənməsinin ən bariz əlamətləri arasında ürəkbulanmadır. Ürəkbulanma səbəbiylə bədənin patogenlərə reaksiyası inkişaf edir və qusma baş verir.

Xüsusilə, qeyri-gigiyenik şəraitdə istehsal edilib saxlanılan buz qəbulu bir çox problemlərə və buz zəhərlənməsinə səbəb olur.

Qarın ağrısı və ya kramplar buz zəhərlənməsi səbəbiylə meydana gələ biləcək əlamətlər arasındadır.

Buz zəhərlənməsi nəticəsində bədəndə infeksiya səbəbiylə qızdırma baş verə bilər.

Baş ağrısı, yorğunluq hissi və əzələ ağrısı buz zəhərlənməsinin əlamətləri arasındadır.

Buz zəhərlənməsinə səbəb nədir?

Tərkibində zərərli mikroorqanizmlər olan suyun dondurularaq buz kimi istifadə edilməsi, buzu gigiyenik qaydada kifayət qədər dondurmamaq və ya düzgün saxlamamaq kimi problemlər buzdan zəhərlənməyə səbəb ola bilər.

Mənbə: medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et