Bu gün:

Pika sindromu nəyi göstərir?


Torpaq, təbaşir və gil kimi qidasız maddələri yemək vərdişi olaraq bilinən Pika sindromunun əsas səbəbləri uşaqlarda və böyüklərdə fərqlidir. Pika müalicə olunmazsa həyati təhlükə yarada bilər.

Torpaq, gil, təbaşir və saç kimi qidasız maddələr yemək vərdişi ilə xarakterizə olunan Pika sindromu əslində, ciddi bir yemək pozuqluğudur.

Üstəlik, uşaqlarda daha çox rast gəlinsə də, hər yaşda olan insanlarda görülə bilər. Uşaqlarda görülən pika adətən vitamin çatışmazlığını göstərir. Yetkinlərdə vəziyyət bir az daha mürəkkəbdir. Çünki pika sindromu böyüklərdə çox vaxt başqa bir əsas psixiatrik xəstəliyə işarə edə bilər.

Pika sindromu müalicə olunmazsa, ciddi sağlamlıq problemləri qaçılmazdır. Xəstəliyin həm fiziki, həm də psixoloji ölçüləri olduğu üçün müalicə prosesində çoxşaxəli fəaliyyət tələb olunur.

"Uşaqlarda özünə inamın olmaması depressiya və narahatlıq riskini artırır. Əslində, yeyilən maddələrin zəhərli təsirləri səbəbindən məktəbdə öyrənmə səviyyəsi aşağı düşür. Onların həm məktəbdə, həm də evdə digər fərdlərlə sosial münasibətlərinə mənfi təsir göstərdiyi üçün mümkün qədər tez müalicə edilməlidir."- Psixiatriya Mütəxəssisi Prof. Dr. Nesrin Dilbaz

Uşaqlarda vitamin çatışmazlığı nədən yaranır?

Ümumi yemək pozğunluğu olan Pika sindromu ən çox 2-3 yaş arası uşaqlarda baş verir. Prof. Dr. Dilbaz deyir ki, bu vəziyyət adətən uşaqlarda vitamin çatışmazlığı səbəbindən inkişaf edir və belə davam edir:

“Pika sindromu dəmir, kalsium, sink, B1 vitamini və B6 vitamini kimi çatışmazlığı olan uşaqlarda da müşahidə olunur. Bu vitamin çatışmazlığı aradan qaldırılanda problem həll olunur”.

Ancaq bəzən vitamin çatışmazlığı problemi həll olunsa belə, problem davam edə bilər. Daha sonra pika sindromuna səbəb olan psixoloji səbəblər araşdırılır. “Ailədə ünsiyyətin olmaması, valideynlərin laqeydliyi və ya stimulun olmaması uşaqlarda qidalanma pozğunluğuna və pika sindromuna səbəb ola bilər”.- deyir Prof. Dr. Dilbaz.

Gənclərdə stress pika sindromu üçün faktordur

Pika sindromu yeniyetmələrdə və ya gənc yetkinlərdə stresslə mübarizə yolu kimi baş verə bilər. Prof. Dr. Dilbaz, "Stress və narahatlıq artdığı zaman bu cür yemək davranışı ilə stressi idarə etmək, narahatlıq və depressiya ilə mübarizə aparmaq cəhdi var" deyir.

Beləliklə, böyüklərdə görülən pika sindromu nəyi göstərir? 

“Yetkinlərdə pika sindromu yarandıqda birbaşa psixiatrik xəstəlik kimi qəbul edilir” sualını cavablandırarkən. Dr. Dilbaz sözünə belə davam edir:

"Yetkinlərdə Pika sindromu dopamin çatışmazlığından qaynaqlana bilər və ya şizofreniya, obsesif-kompulsif pozğunluq (OKB) və ya depressiya kimi başqa bir əsas psixiatrik xəstəliyin əlaməti ola bilər."

İlk növbədə bunun “xəstəlik” olduğunu qəbul etmək lazımdır.

Pika sindromu müalicə edilməli olan bir xəstəlikdir. Ancaq insanların çoxunun bunun bir xəstəlik olduğunu qəbul etmədiyini ifadə edən Prof. Dr. Dilbaz “Bəzi hallarda insanlar yaşadıqları vəziyyəti qəbul etmir, hətta gizlədirlər... Müalicə axtarmırlar. Belə hallarda orqanizmdə zəhərli maddələr toplanır və həyat üçün təhlükə yaradır". 

“Əgər xəstəlik dopamin çatışmazlığından qaynaqlanırsa, onun komandasındakı psixiatr və psixoloq xəstənin bu mövcud psixoloji amillərinə diqqət yetirməlidir. Bu müalicə qrupunda bir diyetisyen ilə birlikdə qidalanma planı hazırlanmalıdır. Bu müalicənin ən vacib hissəsidir. Çünki insanı yanlış qidalanma meylinə sövq edən amillər aradan qaldırılmalıdır”.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et