
Avokadonun bu gün tez-tez istifadə edilən tropik meyvə olması ilə yanaşı, avokado toxumlarının faydaları haqqında məlumatlarımızın artması ilə onun populyarlığı daha da artmışdır. Ləzzətli dadı ilə yanaşı, sağlamlığa müsbət təsirləri ilə də tez-tez avokadoya üstünlük verilir. Tərkibində C, E, K və B6, B2, B3, B5 vitaminləri, həmçinin, folat, maqnezium və kalium mənbəyi var. Tərkibində lutein, beta karotin, omeqa-3 və omeqa-6 yağ turşuları da var.
Son illərdə bütün dünyada avokado meyvəsinin istifadəsi artıb, lakin avokado toxumu bütün bu illər ərzində tükədilməz hesab edilibdir. Avokado toxumu ilə bağlı elmi araşdırmalar artdıqca, xüsusilə, qida və kosmetika sahələrində avokado toxumlarının bir çox faydaları olduğu ortaya çıxıb.
Avokado toxumları tərkibindəki qida maddələrinə və potensial sağlamlıq faydalarına görə müxtəlif yollarla istifadə edilə bilər. Toxumun toz şəklində istifadəsi ən çox yayılmış üsullardan biridir. Toz toxumları şorba və ya salatlara əlavə edilə bilər.
Avokado toxumunun yan təsirləri
Avokado toxumlarının istifadəsi həssas həzm sistemi olan insanlarda mədə narahatlığına və qəbizliyə, avokadoya allergiyası olan insanlarda allergik reaksiyalara səbəb ola bilər. Avokado toxumlarının uzun müddət və həddindən artıq istifadəsi, qida maddələrinin udulmasının azalmasına və avokado toxumlarının tərkibindəki kimyəvi birləşmələrə görə mənfi təsirlərə gətirib çıxarır.
Saç sağlamlığı üçün faydaları
Saçların sağlamlığı üçün saç dərisini qidalandıran təbii yağlı maskalardan müəyyən aralıqlarla istifadə etmək çox vacibdir. Bu saç maskaları sayəsində baş dərisi itirilmiş nəm balansını bərpa edir və saç kökləri qidalanır.
Baş dərisini qidalandırmaq və nəmləndirmək üçün son vaxtlar avokado toxumu yağına üstünlük verilir. Tərkibindəki aktiv maddələrlə saç köklərini qidalandırır və saçların daha sağlam uzanmasına kömək edir.
Mənbə: medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova
